Avtomobil kirayəsindən əldə olunan gəlir yarıbayarı azalıb

Avtomobil kirayəsindən əldə olunan gəlir yarıbayarı azalıb
 

Koronavirus pandemiyası fonunda bir tərəfdən neftin qiymətlərinin kəskin azalması, digər tərəfdən, COVID-19-un yayılmasının qarşısını almaq üçün tətbiq olunan məhdudiyyət tədbirləri milli iqtisadiyyata ciddi zərbə vurub. Bir çox sektorlarda durğunluq və kiçilmə əlamətləri müşahidə olunur. Təbii ki, məhdudiyyətlər avtomobil kirayəsi bazarına da təsirsiz olmayıb.

Bununla əlaqədar nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, avtomobil kirayəsi bazarında bu gün faktiki olaraq durğunluq hökm sürür.

"Bu sektorda tələbin əhəmiyyətli hissəsi toy, nişan kimi mərasimlər və turizm sektorunun hesabına formalaşırdı. Lakin pandemiya ilə mübarizə tədbirləri çərçivəsində tətbiq olunan məhdudiyyətlərdən dolayı, ölkə ərazisində şadlıq saraylarının fəaliyətinə və Azərbaycana xaricdən səfərlərə müvəqqəti qadağa qoyuldu. Nəticədə avtomobil kirayəsi sektorunun 70-80%-i durğunluq yaşayır. 

Bu sektorun dirçəlməsi bilavasitə yuxarıda qeyd edilən qadağaların aradan qaldırılması ilə bağlı olacaq. Lakin burada vəziyyət birmənalı olmayacaq. Belə ki, istənilən böhranlı durum qlobal mənada istehlaka təsir edir. Gəlirlərin azalması fonunda insanlar xərclərini optimallaşdırmağa çalışırlar və qənaət rejiminə keçirlər. Məsələn, pandemiyadan əvvəl çox sərbəst şəkildə "gəlin maşını"nı 200 manata kirayələyən şəxs indi daha ucuz variant axtaracaq. Yəni bu sektordakı şirkətlərin ən azından iqtisadiyyatın bərpasının ilkin mərhələsində əvvəlki səviyyədə gəlir götürəcəkləri inandırıcı görünmür", - ekspert deyib.

Onun sözlərinə görə, indidən bunu izləmək mümkündür: "Belə ki, bəzi şirkətlər qiymətləri əhəmiyyətli dərəcədə aşağı salıb. Karantin rejimindən əvvəl "toy karvanı" üçün bir maşını 200-300 manata kirayə verənlər indi 4-5 maşını 400-500 manata təklif edirlər".

O, xaricdən səfərlərə tətbiq olunan qadağalara da münasibət bildirərək vurğulayıb ki, sərhədlərin turistlərin üzünə açılmasından sonra axın əvvəlki səviyyədə olamayacaq: "Ən azından ilk vaxtlarda insanlar səyahətlərə əvvəlki kimi təşəbbüs göstərməyəcəklər. Bu mənada hesab edirəm ki, kirayə avtomobil bazarındakı çətinliklər yaxın aylarda mövcudluğunu qoruyacaq”.

Nəqliyyat və logistika sferasında fəaliyyət göstərən "ScanEX Enterprises Limited” şirkətinin direktoru Kənan Sadıqlı avtomobil kirayəsindən əldə etdikləri gəlirin yarıbayarı azaldığını diqqətə çatdırıb.


"Bizim əsas müştəri bazamız mədən sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərdir. Karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq, müştərilərimiz ofis işçilərinin evdən işləməsinə qərar verdilər. Nəticədə martın ortalarından aktiv layihələr üzrə avtomobillərə tələb azalmağa başladı. Bu hal, demək olar, bütün müştərilərlə bağlı baş verdi", - direktor vurğulayıb.

O deyib ki, avtomobil parkının 50%-ə yaxını kənardan cəlb etdiyimiz nəqliyyat vasitələridir: "Mövcud durumda tərəfdaşlarımızdan götürdüyümüz avtomobillərin 30%-ni geri qaytarmaq məcburiyyətində qaldıq. Beləliklə, pandemiyadan əvvəlki dövrə nisbətən kirayə verdiyimiz avtomobil sayı və müvafiq olaraq gəlirlərimiz yarıbayarı azaldı”.



OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...