"Avtobus sürücülərinin məsuliyyətsiz davranışları əvvəlkilərdən çox azdır" - ŞƏRH

 

"Sürücü məsuliyyətsizliyi ilə bağlı halların aradan qaldırılması istiqamətində görülən işlər öz müsbət nəticəsini verir".

Bunu "MediaPost”a açıqlamasında yol-nəqliyyat eksperti Azər Allahverənov deyib. O, avtobus sürücülərin ən çox yol verdiyi nöqsanlardan bəhs edib:

"Əvvəlki qədər olmasa da, sürücülərin sərnişinlərlə davranışı zamanı və ya hərəkət anında yol verdiyi nöqsanlar təəssüf ki, hələ də müşahidə edilir. Belə halların aradan qaldırılması üçün Bakı Nəqliyyat Agentliyi sərnişinlərə müraciət edərək bildirib ki, qanunazidd davranışlara yol verən sürücülərlə qarşılaşdıqda dərhal qurumun qaynar xəttinə məlumat versinlər. Burada sürücü məsuliyyətsizliyi deyəndə təkcə inzibati xətalar yox, eyni zamanda sürücülərin sərnişinlərlə və ya digər avtobusların sürücüləri ilə mübahisə etməsi, kobud davranması, siqaret çəkməsi nəzərdə tutulur. Bəzən sürücülərin avtobusu dayanacaqda saxlayıb 10-15 dəqiqəlik getməsi, dayanacaqdan kənarda saxlaması kimi qayda pozuntularına da rast gəlirik. Amma hazırda bu qəbildən olan pozuntuların qarşısının alınması üçün BNA-nın əlində çox ciddi rıçaqlar var”.

Ekspert sürücü özbaşınalıqlarının aradan qaldırılması istiqamətində görülən işlərin öz bəhrəsini verdiyini söyləyib:

"Avtobus sürücülərinin məsuliyyətsiz davranışlarının hələlik tamamilə aradan qaldırılmasa da, belə hallar say etibarilə əvvəlkilərdən çox azdır. Yəni sürücülərlə bağlı şikayətlərə baxılması və müvafiq tədbirlərin görülməsi mexanizmi çox işlək vəziyyətdədir. Sərnişindaşıma xidmətini həyata keçirən şirkətlər qarşısında bu məsələ çox ciddi şəkildə qoyulub.

Sürücülərin maarifləndirilməsi, onların kurslara göndərilməsi yenə də davam etdirilməlidir. Məlum məsələdir ki, sürücülər inzibati xətaya yol verdikdə müvafiq qaydada cəzalandırılır. Amma bu kifayət deyil. Sərnişindaşıma ilə məşğul olan şirkətlər də öz məsuliyyətini dərk etməli, hər hansı bir sürücünün hərəkətində bu kimi hallara yol vermək ehtimallarını minimuma endirəcək bir mexanizm qurmalıdır”.


OXŞAR XƏBƏRLƏR

""Tu-22M3" təyyarəsinin ekipajı qızıldan da dəyərlidir" – Hərbi ekspert

““Tu-22M3” bombardmançı təyyarəsinin ekipajı qızıldan da “dəyərlidir”. Buna görə də qəza halında onların xilas edilməsinə xüsusi ö...

Kazemiro "Real"-"Siti" matçını ŞƏRH ETDİ: "Əziyyət çəkdim" 

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro “Mançester Siti” – “Real Madrid” matçının nəticəsindən ra...

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.    Sfera.az bizim.me...

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...

Kloppdan Salahla bağlı AÇIQLAMA: "Son vaxtlar onun..."

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "qırmızılar"ın hücumçusu Məhəmməd Salahın hazırkı vəziyyəti barədə danışıb.   Sfera....