Avropa Birliyi benzinlə işləyən avtomobillərdən tamamilə imtina etmək niyyətindədir

Avropa Birliyi benzinlə işləyən avtomobillərdən tamamilə imtina etmək niyyətindədir
Avropa Birliyi ölkələri elektrik avtomobillərin xeyrinə, benzinlə işləyən avtomobillərdən tamamilə imtina etmək niyyətindədirlər.
 
"APA-Economics” "Bloomberg”ə istinadən xəbər verir ki, Avropa Komissiyası, builki səviyyəyə nisbətən yeni avtomobillərdən çıxan tullantıların 2030-cu ildə 65%, 2035-ci ildə 100% azaldılmasını tələb olaraq irəli sürmək niyyətindədir. Burada minik avtomobillərinə xüsusi diqqət ayırmaq planlaşdırılır. Belə ki, AB-nin bütün karbon tullntıların təxminən 12% -ni məhz minik avtomobillərinin payına düşür. 2030-cu ilədək bü göstəricini 37,5%-ə catdırılması hədəflənir.

Avtomobil istehsalşıları, on illiyin sonuna bütün istehsal etdikləri avtomobillərin demək olar ki, böyük əksəriyyəti və ya hamısı batareya ilə işləyəcəklərini bəyan ediblər.

Avropanın ən böyük istehsalçısı "Volkswagen”, satışların 70% -nın 2030-cu ildən etibarən elektrikli avtomobillərdən əldə ediləcəyini gözləyir, "Renault” isə avtomobillərinin 90% -ni ekoloji cəhətdən təmiz etmək niyyətindədir. Öz növbəsində "Ford Motor” yalnız elektrikli avtomobillər istehsal edəcəyini bildirib.
Elektrikli avtomobillərin kütləvi tətbiqi üçün Avropa Komissiyası AB ölkələrinin hökumətlərini əsas magistral yollarda hər 60 kilometrdən bir şarj stansiyalarının quraşdırılmasını tələb olaraq irəli sürəcək.

Təmiz nəqliyyata kütləvi keçid, AB-nin gələn həftə açıqlayacağı iqlim hədəflərinə çatmaq üçün tədbirlər paketinin bir hissəsidir. 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycan əhalisinin İKT-dən istifadə vəziyyəti son illərdə köklü DƏYİŞİB

Azərbaycan informasiya kommunikasiya texnologiyalarının (İKT) inkişafı istiqamətində son illərdə ciddi dəyişikliklərə nail olub. Ölkəmizdə İKT-nin əsas infrastr...

"WhatsApp"dan son görünmə ilə bağlı mühüm YENİLİK

"WhatsApp" mesajlaşma tətbiqi, istifadəçilərinin ən çox şikayət etdikləri xüsusiyyətlərdən biri olan "son görünən" xüsusiyyətini dəyişdirməyə hazırlaşır. ...

Tvitter və İnstaqramın fəaliyyətində problem yarandı

Tvitter və İnstaqram sosial şəbəkələrinin fəaliyyətində nasazlıqlar yaranıb. Sfera.az xəbər verir ki, bu barədə "Downdetector" portalı məlumat yayıb. ...

Ölkə üzrə yeni internet qiymətləri AÇIQLANDI

"Aztelekom” və "Bakı Telefon Rabitəsi” (”Baktelecom”) MMC-lər internet tariflərinə dəyişiklik edib. Sfera.az-ın məlumatına görə, yeni tariflərə əsasən, in...

“İPhone 13”ün naqilləri və platası qızıldandır

"İPhone 13”ün istehsalı üçün plastik şüşə parçalarından istifadə edilib. Sfera.az xəbər verir ki, bu barədə "Apple” şirkətinin yaydığı məlumatda bildirili...

Azərbaycanda itmiş heyvanların axtarışını asanlaşdıracaq sistem istifadəyə veriləcək

Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (HİQS) bütün kənd təsərrüfatı heyvanlarının (ilkin mərhələdə iribuynuzlu heyvanların və atların) identikləşdi...