Avqustun 24-25-də... AÇIQLAMA

Avqustun 24-25-də... AÇIQLAMA
 

Ötən həftədən başlayaraq çimərliklərlə bağlı qadağalar ləğv olunduqdan sonra çimərliklərə güclü axın var.

Böyük əksəriyyət bu tövsiyələrə əməl etmədən birbaşa çimərliklərə üz tutur, nəticədə böyük sıxlıq yaranır. Bu sıxlıq isə virusun yayılma riskini daha da artırmış olur. Bəs nə etməli?

 

 

Sfera.az metbuat.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı uzun müddətdir ki, koronaviruslu xəstələrin müalicəsində iştirak edən, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti, həkim Ədalət Rüstəm də mövzu ilə bağlı danışıb. Həkim qeyd edib ki, əksəriyyət nəinki çimərliklərdə, hətta qapalı məkanlarda, ictimai nəqliyyatda qaydalara əməl etməkdən yayınır:

"Məlum olduğu kimi, avqustun 10-dan karantin rejimində yumşalmalar oldu, bir çox sahələrin fəaliyyətinə yenidən icazə verildi. Ayın 17-dən sonra isə kafe və restoranların açılacağı gözlənilir. Lakin müşahidə edirik ki, hələ də qapalı məkanlarda belə bəziləri maskasız gəzir. Və yaxud ictimai nəqliyyatda maskadan düzgün istifadə etmir, maskanı çənənin altında saxlayırlar. Bu o deməkdir ki, 12-13 gündən sonra, təxminən avqustun 24-25-də yenidən virusa yoluxanların sayı artmağa başlayacaq”.

Qeyd edək ki, çimərliklərdə yaşanan sıxlıq ilə bağlı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən müraciət yayılıb. Müraciətdə "COVID -19" pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilmiş karantin rejimi dövründə çimərliklərdən istifadə edən şəxslərin bir sıra qaydalara əməl etmələri xahiş olunur.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...