\"Atəşkəs bu vaxtadək pozulmağa davam edəcək\" - Politoloq həll yollarından DANIŞDI

\
"Atəşkəsə o zaman tam riayət olunacaq ki, biz Qarabağa və Laçın dəhlizinə tam nəzarət edək, Qazaxın 7 kəndi, Naxşıvanın 1 kəndi geri qaytarılsın, Zəngəzur dəhlizi işə düşsün və nəhayət, iki dövlət arasında bir-birinin ərazi bütövlüyünü tanıyan sülh sazişi imzalansın".

Sfera.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Politoloq indiki məqamda atəşkəsin pozulmasının normal olduğunu deib:

"Atəşkə hər gün pozulur. Bunda qeyri-adi heç nə yoxdur. Çünki Ermənistanla məsələlərimiz hələ bitməyib. Qarşı tərəf də ona görə atəş açır ki, bununla guya müqavimət gücünün mövcud olduğunu bizə sübut etməyə çalışır. Biz də bu təxribatlara kifayət qədər reaksiya veririk.  Müharibədən əvvəl verdiyim müsahibələrdə Azərbaycanın atəşkəsə riayət etməsinin maraqlarımıza cavab vermədiyini bu cümlə ilə izah edirdim: "Nə qədər ki, torpaqlarımız işğal altındadır, düşmən təzyiq altında olmalıdır. Əbədiyyətə qədər atəşkəsə riayət edəcəyimiz kimi öhdəliyimiz yoxdur, olmamalıdır”.

Politoloq Ermənistan hakimiyyətini və seprataçıları nəzarətdə saxlamlı olduğumuzu deyib:

"Müharibə etdik, torpaqlarımızın böyük qismini azad etdik, ancaq hələ görəcəyimiz işlər var. Bütün sadaladığım  məsələlər reallaşmayana qədər bölgədəki gərginlik azalmayacaq və atəşkəs pozulmaqda davam edəcək. Qarşı tərəf atəş açırsa, deməli həm Ermənistan hakimiyyətini, həm də Qarabağ separatçılarını daima təzyiq altında saxlamalıyıq. Qarabağdakı ermənilər də anlamalıdırlar ki, separatçı rejimdən qurtulmasalar və Azərbaycan qanunlarına tabe olmasalar onları da torpaqlarımızda rahat həyat gözləmir".
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR