Atambayevin həbs müddəti artırıldı

Atambayevin həbs müddəti artırıldı
 

Məhkəmə Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayevin həbs müddətinin uzadılmasına qərar verib.

Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu onun vəkili Zamir Jooşev açıqlayıb.

Onun sözlərinə görə, Atambayevin həbs müddəti iki ay - 15 mart 2020-ci ilə qədər artırılıb.

İş üzrə növbəti məhkəmə iclası yanvarın 16-da keçiriləcək.

Xatırladaq ki, A. Atambayev ötən ilin avqustun 9-da həbs edilib. O, öz evində "Alfa” xüsusi təyinatlı dəstə komandirinin müavini Usenbek Niyazbekovu öldürməkdə ittiham olunur. 

OXŞAR XƏBƏRLƏR