\"Atabank\"da araşdırmalar başladı - Fazil Məmmədovun pullarını ölkədən kim çıxardıb? - YENİLƏNİB

\

"Atabank” rəhbərliyinin fəaliyyəti araşdırılır.


Sfera.az xəbər verir ki, bankın rəhbərliyi və şöbə müdirləri dindirilir.


"Atabank”ın bağlanması bir çox suallar yaradıb. Ölkənin ən tanınmış banklarından olan "Atabank”ın pullarının qeybə çəkilməsi isə daha böyük müəmmadır.

Məlumata görə kripto-nun çözülməsi üçün bir nəfərin istintaqa cəlb edilməsi olduqca vacibdir.


Bu şəxs əslən Şəmkirin Dəllərcəyir kəndindən olan Qafar Qurbanovdur.


Qafar Qurbanov uzun illər keçmiş Vergilər Naziri Fazil Məmmədovun ən inanılmış adamı və sirr boxçası olmuşdur.


Onun qardaşı Samir Qurbanov isə Fazil Məmmədovun şəxsi mühafizəsinə rəhbərlik etmişdir.


Qafar Qurbanov "Atabank" Müşahidə Şurasının üzvü olmuşdur.


Hələ Nazirin köməkçisi olduğu zamanlarda Qafar Qurbanov əslində Bakıda kölgə vergilər naziri kimi dəbdəbəli həyat sürürdü.

 

Böyük maliyyə vəsaitlərinə birbaşa çıxışı olan Qurbanov 90 AA 041 nömrəli müxtəlif lüks xidməti maşınlara sahib idi.


Nazir köməkçisi olaraq Qurbanovun tez-tez Londona ezamiyyətləri Vergilər nazirliyi əməkdaşlarının geniş müzakirə etdiyi mövzulardandır.

Axı Vergilər Naziri köməkçisinin Londonda nə işi ola bilərdi?


Çox keçmir ki, Qafar Qurbanov və Samir Qurbanov Vergilər Naziri Fazil Məmmədov tərəfindən vəzifələrindən uzaqlaşdırılır.


Fazil Məmmədov elə bir görüntü yaratmaq istəyirdi ki, sanki artıq bu qardaşlarla əlaqəyə malik deyil. Reallıq isə başqa idi. Nazirlə qohumluq əlaqələrinə malik olan Qafar Qurbanov o gün də, bu gün də Nazirin ən yaxın adamıdır.


Sadəcə Fazil Məmmədov illər öncədən özünün Nazir postundan uzaqlaşacağı "qara gün" planını işə salmışdı.


Belə ki, dəyəri milyardla ölçülən vəsait illər öncədən Qafar Qurbanov vasitəsilə Londona ötürülürdü.


Hal-hazırda Qafar və Samir Qurbanovlar Londonda yaşayır. Onların ailə üzvləri Londonun ən bahalı alış-veriş mərkəzi olan Harrods-un daimi müştəriəri arasındadır.

 

Qafar Qurbanovun London şirkətlərindən biri Triangle LTD-dir.

 

Qurbanovun öz tapşırıqlarını verdiyi güvənilən adamı isə köməkçisi Səbinə Şükürovadır (indiki familiyası Sabina Derdiyok)

 

Səbinə Şükürova Qafar Qurbanovun köməkçisi olmaqla yanaşı Ataholdinqin əməkdaşıdır.

 

Görülən işlərin nəticəsi isə göz qabağındadır.

 

Mövzuya qayıdacağıq.

 

Orxan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...