No Image
No Image

Astarada 16 yaşlı qızın nişan mərasiminin qarşısı alındı

Astarada 16 yaşlı qızın nişan mərasiminin qarşısı alındı
Astara rayonu Rüdəkənar kəndində 16 yaşlı qız 30 yaşlı oğlana ərə verildiyi barədə məlumatlar yayılıb. 
 
Məlumata görə, bu gün saat 2-də nişan mərasimi keçiriləcəkdi.
 
Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova APA-ya bildirib ki, kəndin icra nümayəndəsi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndələri və Rayon Polis Şöbəsinin əməkdaşları nişan mərasiminin keçirilməsinin planlaşdırıldığı rayonun Rudəkənar kəndində Azad Məmmədova məxsus evə gediblər. 

Nəticədə mərasimin qarşısı alınıb. S. Məmmədova və onun valideyni ilə profilaktik söhbət aparılıb, təlimatlar verilib.

Faktla bağlı sənədlər hazırlanaraq Astara Rayon Prokurorluğuna göndərilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu də bildirib ki, faktla bağlı lazımi tədbirlər görülüb, nişan mərasiminin qarşısı alınıb.

T. Mərdanoğlu qeyd edib ki, Dövlət Komitəsi tərəfindən erkən nikah faktlarının qarşının alınması üçün daima tədbirlər həyata keçirilir.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycan yanğınsöndürənləri Marmarisdə 3 istiqamətdə yanğını söndürür - Nazir müavini AÇIQLADI

"Bu gün səhər saatlarında Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin idarəetmə mərkəzindən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 3 istiqamətə ...

Nöqsanlara görə işdən çıxarılan rəisin yerinə TƏYİNAT

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. Sfera.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzal...

Müdafiə Nazirliyi açıqlama yaydı

"Azərbaycan Ordusuna məxsus pilotsuz uçuş aparatının guya Ermənistan ərazisinə keçməsinin qarşısını alınması barədə yayılan məlumat qarşı tərəfin növbəti yalanı...

Deputat Cavanşir Feyziyevin “Türk Dövlətləri Birliyi” kitabı özbək dilində çap olundu

Azərbaycan Milli Məclisinin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin həmsədri Cavanşir Feyziyevin "Türk Dövlətləri Birliyi” kitabı...

Azərbaycanda Məhərrəm ayı bu tarixdən başlayır

Azərbaycanda Məhərrəm ayının başlayacağı tarix məlum olub.  Sfera.az xəbər verir ki, Məhərrəm ayı avqustun 10-da başlayacaq. Avqustun 19-da isə Aşura...

Sabah iki marşrut xəttinin hərəkət sxemləri dəyişdiriləcək

Sabah Bəhruz Nuriyev küçəsinin Qara Qarayev prospektindən Elşən Süleymanov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində təmir işləri aparılacaq. Bu barədə...