Ağstafada avtomobillər toqquşub, ölən var

Ağstafada avtomobillər toqquşub, ölən var
 Ağstafa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndi ərazisində qeydə alınıb. 

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində sərnişin, 1989-cu il təvəllüdlü Elvin Rasim oğlu Heydərov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR