No Image
No Image

AŞPA-nın Qarabağ qətnaməsinə XİN-dən – REAKSİYA

AŞPA-nın Qarabağ qətnaməsinə XİN-dən – REAKSİYA
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) monitorinq komitəsinin 2020-ci il üzrə hesabatında Qarabağla bağlı qəbul etdiyi qətnamədə Ermənistan və Azərbaycan arasında baş vermiş döyüşlər kontektsində müvafiq bəndlər yer alıb. Belə ki, qətnamənin 5-ci bəndində komitənin "27 sentyabr 2020-ci il tarixində Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ bölgəsində baş verən hərbi döyüş əməliyyatları ilə bağlı hadisələri izlədiyi, bu mövzuda cari məsələlər üzrə debat irəli sürdüyü, hər iki tərəfdən deputatların iştirakı ilə fikir mübadiləsi təşkil etdiyi, Ermənistan və Azərbaycan üzrə həmməruzəçilərin münaqişənin sülh yolu ilə həllinə çağırışlar etdiyi” qeyd olunur.

Sfera.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib. O bildirib ki, qətnamənin 11-ci bəndində aşağıdakı fikirlər yer alıb:

"Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq, Assambleya bütün tərəfləri siyasi dialoqa mane olan iltihablı ritorikadan çəkinməyə, Ermənistanı və Azərbaycanı üçtərəfli bəyanatın humanitar məsələlərlə bağlı müddəalarını ən qısa müddətdə həyata keçirməyə, bütün tərəfləri dərhal hərbi əsirlərin və cəsədlərin mübadiləsini həyata keçirməyə, mədəni irsə hörmət etməyə çağırır və Monitorinq Komitəsini parlament səviyyəsində sülh prosesi üçün əlverişli bir atmosferə töhfə vermək üçün yolları araşdırmağa dəvət edir. Assambleya bu münaqişə zamanı bütün tərəflərin humanitar və insan hüquqları qanunlarını pozduğuna dair məlumat və iddialar, bəzi dini yerlərin və abidələrin deqradasiyası, eləcə də xüsusi mülkiyyətin dağıdılması iddialarından ciddi narahatlığını ifadə edir və bu məlumatların tam araşdırılmasını və pozuntuların aradan qaldırılmasını və günahkarların mühakimə olunmasını gözləyir”.

Nazirlik rəsmisi qeyd edib ki, AŞPA-dakı Ermənistan nümayəndə heyətinin sözügedən qətnamə layihəsinə əsassız düzəlişlər irəli sürmək cəhdləri uğursuzluqla nəticələnib:

"Ermənistan tərəfinin düzəlişləri həm Monitorinq Komitəsi, həm də Assambleyanın plenarı tərəfindən rədd edilib.

Bundan başqa, Ermənistan nümayəndə heyəti sessiya çərçivəsində cari məsələlər üzrə debat proseduru əsasında "Avropa Beynəlxalq İnsan Hüquqları Standartlarının pozulması kimi Azərbaycan hakimiyyət orqanları tərəfindən erməni əsirlər və digər saxlanılan şəxslərin qaytarılmasının əsassız olaraq gecikdirilməsi” mövzusunda müzakirənin keçirilməsini istəyib. Bu xüsusda, Azərbaycan nümayəndə heyəti tərəfindən AŞPA Prezidentinə məktub ünvanlanaraq məsələ üzrə mövqeyimiz onun diqqətinə çatdırılıb və belə bir debatın keçirilməsinin məqbul olmadığı vurğulanıb. Nəticə etibarı ilə qurumun Bürosu tərəfindən bu mövzuda debatın keçirilməsi məqsədəuyğun hesab edilməyib.

Eyni zamanda vurğulamaq istərdik ki, 25 yanvar tarixində Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç qış yarımsessiyasında AŞPA üzvləri qarşısında çıxışında təşkilatın mövqeyini bir daha ifadə edərək Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr tarixli üçtərəfli bəyanatı alqışladıqlarını söyləyib. O, AŞ-nin səlahiyyətləri çərçivəsində hər iki ölkəyə post-konflikt dövründə dəstək verməyə hazır olduqlarını və bu məqsədlə tərəflərlə məsləhətləşmə apardıqlarını bildirib”. 
 

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov İsrailin səfiri ilə görüşdü - FOTO

25 fevral 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov İsrailin ölkəmizdəki səfiri Corc Diki qəbul edib. Xarici İşlər Nazirliyindən Sfera.az-a...

ATƏT sədri Azərbaycana gələcək

ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde yaxın zamanlarda Azərbaycana və Ermənistana səfər etmək niyyətindədir. Sfera.az xəbər verir k...

Kərim Vəliyev Pakistan rəsmisi ilə görüşdü

Fevralın 25-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Azərbaycanda səfərdə olan P...

“Dostluq” yatağı ilə bağlı İşçi Qrup yaradıldı - SİYAHI

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq” yatağının karbohidrogen resurslarının birg...

Ermənistan polisi də Paşinyana qarşı – 30 polis rəisi birgə bəyanat yaydı + FOTOFAKT

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı xüsusi bəyanatla çıxış edərək baş nazir Nikol Paşinyanın istefasını tələb etməsindən sonra düşmən ölkədə siyasi gər...

Rusiya Paşinyandan bu cümləsinin qisasını alır – “Belə deməməli idi...”

"Ermənistan dərin siyasi böhran yaşayır. Paşinyanın əhali arasında reytinqi pis deyil. Sadəcə olaraq bu günlərdə ciddi bir səhvə yol verdi. Necə deyərlər, Rus...