AŞPA Sosial, səhiyyə və davamlı inkişaf məsələləri üzrə komitəsinin videokonfrans formatında iclası keçirilib

AŞPA Sosial, səhiyyə və davamlı inkişaf məsələləri üzrə komitəsinin videokonfrans formatında iclası keçirilib
 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial, səhiyyə və davamlı inkişaf məsələləri üzrə komitəsinin videokonfrans formatında iclası keçirilib.

Sfera.az xəbər verir ki, toplantıda "Uşaqlara qarşı cinsi zorakılıqla mübarizə: Avropada fəaliyyət və əməkdaşlığın gücləndirilməsi” mövzusunda Uşaqlar üzrə alt komitənin üzvü Baronessa Dorin Masseyin məruzəsi dinlənilib. 

Müzakirələrdə Azərbaycanı Milli Məclisin deputatları - Pərvin Kərimzadə, Sevinc Fətəliyeva, Könül Nurullayeva və Nigar Arpadarai təmsil edib. 

Parlamentin Ailə, qadın və uşaq məsələləri üzrə Komitəsinin üzvü, AŞPA-nın Sosial, səhiyyə və davamlı inkişaf məsələləri üzrə komitəsinin, həmçinin Uşaqlar üzrə alt komitənin üzvü Könül Nurullayeva çıxışında bu gün uşaqlara qarşı cinsi zorakılığın ən təhlükəli cinayət növlərindən biri olduğunu vurğulayıb, Azərbaycanın bu problemlə mübarizədə uğurlu təcrübəsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. 

Deputat bildirib ki, 2001-ci ildən etibarən Avropa Şurasının tamhüquqlu üzvü olan Azərbaycan üçün də uşaq hüquqlarının qorunması, müdafiəsi hər zaman prioritet olub və qarşılıqlı əməkdaşlıq əhəmiyyətli töhfələr verməkdədir. "Azərbaycan 2019-cu ildə Avropa Şurasının təşəbbüsü ilə reallaşan (EndOCSEA@Europe) –"Uşaqlara qarşı onlayn cinsi istismara və seksual zorakılığa son qoyulması”na dair layihəyə dəstək verən 10 pilot ölkədən biridir. 

Eyni zamanda Azərbaycan "Lanzarote Konvensiyası” kimi tanınan "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasını ratifikasiya edən 46-cı dövlətdir” deyən K.Nurullayeva qeyd edib ki, Lanzarote Konvensiyasının milli formatda həyata keçirilməsini gücləndirmək məqsədilə müəyyən edilmiş tövsiyələri Azərbaycan da qəbul edir: "Çünki uşaq hüquqlarının qorunması bütövlükdə bəşəriyyəti düşündürən ən həssas məsələlərdən biridir. Bu gün dünyanı sürətlə dəyişdirən texnoloji yeniliklər oflayn və onlayn təhlükəsizlik arasındakı fərqi ayırd etməkdə də müəyyən çətinliklər yaradıb. Bu gün uşaqların əksəriyyəti onlayn həyat tərzinə üstünlük verirlər, virtual və real dünya arasında heç bir fərq qoymurlar. Bu mənada strategiyalarımız və qanunvericiliyimiz də mövcud reallığa uyğunlaşdırılmalıdır”.

O, həm də domen və IP sistemlərinin idarə olunması üzrə Təyin Olunmuş Adlar və Nömrələr üzrə İnternet Korporasiyası (ICANN) modelini nəzərdən keçirməyi təklif edib: "Bunun üçün bütün ölkələrdən birgə və həssas yanaşma tələb olunur. Həmçinin uşaqların düzgün müdafiəsi və cinayətkarların bütün yurisdiksiyalarda mühakimə olunmalarını təmin etmək üçün Avropa daxilində əməkdaşlığı gücləndirmək vacibdir".

Videokonfransda həmçinin Avropada uşaq yoxsulluğunun aradan qaldırılmasında beynəlxalq öhdəliklər, eləcə də gələcəkdə ictimai sağlamlıq naminə COVİD-19 pandemiyasına qarşı təsirli və hüquqa əsaslanan reaksiyaları əhatə edən mühazirələr də dinlənilib.


 


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...