Aslan İsmayılov güneyli soydaşlarımıza səsləndi: \"Biz azərbaycanlıların haqlı olaraq sizlərdən gözləntimiz...\"

Aslan İsmayılov güneyli soydaşlarımıza səsləndi: \
"Doğma dilimizdə danışan sürücülərin erməni işğalçıları əvəzinə, Azərbaycan dövlətini ittiham etməsi acınacaqlı haldır”.
 
Sfera.az bildirir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov Ermənistana gedən iritonnajlı maşınların Azərbaycan sərhədində qalmasından və güney azərbaycanlı sürücülərin buna etirazından danışarkən deyib.
 
O, həmin sürücülərin hərəkətinə görə, peşmanlıq hissi keçiridiyini vurğulayıb:

"Hesab edirdim ki, yenidən müharibə revanşına hazırlaşan Ermənistana İran dövlətinin hərtərəfli yardım etməsi cənublu doğmalarımızda etiraz doğuracaq. İndi əksini gördüm. Bu haqsızlıqda heç bir azərbaycanlı iştirak etməməlidir, əksinə, bizə düşmən kəsilən Ermənistana İran dövlətinin istənilən yardımına öz etirazını bildirməlidir. 

Hamı bilməlidir ki, uzun illər torpaqlarımızı işğal altında saxlayan, faktiki blokadada qalan Ermənistanın bir nömrəli dəstəkçisi İran dövləti oldu. Bu illər ərzində xristrian ölkələri olan Gürcüstan, Ukrayna və digərləri bizim haqlı tələbimizin yanında olsa da, özünü müsəlman dövləti adlandıran İran məscidlərimizi darmadağın edən, orada donuz saxlayan Ermənistana bir dəfə etirazını bildirmədi, əksinə, hərtərəfli, o cümlədən hərbi yardım göstərdi”.

Hüquqşünas güneyli soydaşlarımıza da müraciət edib:

"Məhz sizə görə Azərbaycan hakimiyyəti ABŞ və Avropanın təzyiqlərinə baxmayaraq, heç vaxt İrana qarşı olan bir tədbirə qoşulmadı. İndi biz azərbaycanlıların haqlı olaraq sizlərdən gözləntimiz bizə qarşı riyakarlıq edən İran hakimiyyətinə Azərbaycana yönəlmiş növbəti aqressiyaya hazırlaşan Ermənistana göstərdiyi yardımlara öz etirazınızı bildirməyinizdir. Məhz sizin tərəfinizdən TIR sürücülərindən tutmuş Ermənistan adlı işğalçı, cinayətkar bir dövlətə yardım edən, onunla işbirliyində olan hər kəs ictimai tənqidlə üzləşməlidir”.

Günay Rəsulqızı
Sfera

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...