No Image
No Image

Aslan Hüseynovun öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı

Aslan Hüseynovun öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı
Müğənni Aslan Hüseynovun öldüyü yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.

Sfera.az xəbər verir ki, fakt üzrə Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisə bu gün Bakı-Qazax yolunun 60-cı km-də qeydə alınıb.

Belə ki, müğənni A.Hüseynova məxsus BMW markalı avtomobil qarşıda hərəkət edən "KamAZ” markalı yük avtomobili ilə toqquşub. Nəticədə avtomobilin sürücüsü A.Hüseynov vəfat edib.

Xatırladaq ki, 1967-ci il təvəllüdlü Hüseynov Aslan Tofiq oğlunun anası ötən ay vəfat edib. Həmin vaxt müğənni Moskvada olub. A.Hüseynov Bakıya anasının yasında iştirak etmək üçün gəlmişdi. // "Report"

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

10 yaşlı Nərmini öldürməkdə təqsirləndirilən İlkinin məhkəmədən FOTOSU YAYILDI

Ötən ilin yanvar ayında Tovuz rayonunda yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun ilk məhkəmə ic...

Rasim Məmmədovun bacanağı intihar etdi

Bir müddət öncə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən "Baku Steel Company” MMC-nin direktoru olmuş Rasim Məmmədovun bacanağı Elşən Rəhimov intiha...

Bakıda 18 yaşlı dizayneri işdə tok vurub öldürdü

Mayın 17-də saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Vahidli Fuad Vüqar oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon ...

2 000-dən çox məhkum cəzadan tamamilə azad edilib

Ötən il cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Azərbaycanda cəzadan tamamilə azad edilən məhkumların sayı açıqlanıb. Sfera.az-ın xəbərinə görə, ədl...

"İdeal”ın keçmiş sahibinin məhkəməsi təxirə salındı

Bakı Ağır Cinayətlər Məhkəməsində "İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Sfera.az-ın-ın ...

Tesla parkı ərazisində intihar edən gəncin FOTOsu

 Bakıda 27 yaşlı kişi parkda Nikola Teslanın heykəlindən özünü asaraq intihar edib. Sfera.az bildirir ki, mayın 17-də saat 11 radələrində paytaxtın Nərim...