“Arxeologiya sahəsində işlədilən eşşəyə 40, fəhləyə 8 manat ayrılır” - DİREKTOR

“Arxeologiya sahəsində işlədilən eşşəyə 40, fəhləyə 8 manat ayrılır” - DİREKTOR
"Ən böyük problemimiz fəhlə problemidir. Arxeoloqlara beş-altı nəfərdən artıq fəhlə götürmək ixtiyarımız yoxdur. İkinci problemimiz isə fəhlələrə ayrılan puldur".

Bunu Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova ONA-a müsahibəsində deyib. 

Bildirib ki, Nazirlər Kabineti tərəfindən fəhlələrə müəyyənləşdirilən məbləğ çox azdır."Təsəvvür edin, arxeologiya işləri zamanı işlədilən eşşəyə 40 manat, fəhləyə isə 8 manat ayrılır. Siz özünüz fikirləşin - istidə, bəzi vaxtda qarda, yağışda işləyirlər. 8 Manat onları qane edər? Yox. Fəhlə gedib başqa sahədə çalışsa, rahatca 15-20 manat qazanar. Bax, bizim bu problemimiz var. Fəhləni də çox çətinliklə tapırıq. Sözügedən məsələni Nazirlər Kabineti qarşısında qaldırmışıq. Görək nəticəsi nə olacaq. Həmçinin avadanlıq problemimiz var. Dronlara ehtiyacımız var. Aparatlarımız demək olar ki, yox dərəcəsindədir. Bütün ekspedisiyalarımıza çatmır"

OXŞAR XƏBƏRLƏR

Əlilliyi olan rəqqasə: “Sən bacarmazsan” deyənlərə inad bunu bacardım - MÜSAHİBƏ

İncəsənət əngəl tanımır. O, insana bütün maneələrdən çıxarmağa kömək edir. Təəssüf ki, əlilliyi olan insanlara hər zaman lazımi diqqət ayrılmır. Bu səbəbdə...

Səfurə İbrahimova: “Ailəli olsa da, yalvarırdı ki, onunla yaşayım” - MÜSAHİBƏ - FOTO

Sfera.az kulis.az-a istinadən Xalq artisti, aktrisa Səfurə İbrahimova ilə olan müsahibəni təqdim edir. - Jurnalistəm, sizinlə söhbət etmək istəyirəm. - Mən h...

Ömər Eldarov: Tələbələrin əl işləri şəhərdəki bir çox əsərlərdən daha uğurludur - MÜSAHİBƏ

Ölkədə istər yerli, istər beynəlxalq rəsm, heykəltəraşlıq müsabiqəsi elan edilir, nəticədə isə hər zaman eyni adlar, eyni şəxslər seçilir. 92 yaşım var və bu gü...

Fərqanə Qasımova: Qazancım özümə ev almağa imkan vermir - MÜSAHİBƏ

Sfera.az əməkdar artist Fərqanə Qasımovanın oxu.az-a müsahibəsini təqdim edir: - Fərqanə xanım, yeni layihələr gözlənilir? - Yeni mahnılarım olacaq. Bu ilin s...

Doğu Perinçek: Rusiya öz gücündən istifadə edəcək və Qarabağın işğalına son veriləcək - MÜSAHİBƏ

Sfera.az Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçekin Oxu.Az saytına müsahibəsini təqdim edir: - Doğu bəy, Suriyadakı son vəziyyəti, Soçi görüşlərinin n...

“Həmsədrlər XİN-in qarşısında gülə-gülə maşından düşəndə, elə bil, nənəmin “oynaşları”nı görürəm...”

Sfera.az moderator.az-a istinadən yazıçı Seyran Səxavətlə müsahibəni təqdim edir.  - Bu il 73 yaşınız tamam oldu. Bəs həyatınızda han...