“Arvadımı efirdən qov, əvəzində böyük məbləğdə pul göndərirəm” - Xoşqədəmdən ETİRAFLAR

“Arvadımı efirdən qov, əvəzində böyük məbləğdə pul göndərirəm” - Xoşqədəmdən ETİRAFLAR
"Bu günə qədər mənim üçün müdafiə o qədər də asan olmayıb, təhqir edilmişəm, qarşımı çirkin vasitələrlə kəsiblər, "arvadımı efirdən qov, əvəzində böyük məbləğdə pul göndərirəm” deyənlər də olub”.
 
Sfera.az bildirir ki, bunu teleaparıcı Xoşqədəm Hidayətqızı deyib. O, qadınlara yardım edərkən hansı çətinliklərlə üzləşdiyindən söz açıb:

"Düşünə bilirsiniz, mən hansısa kişinin uşağının hüququnu müdafiə edirəm, o kişi uşağını müdafiə etməyim deyə mənə pul göndərir. Balasını yox, adı birlikdə çəkilən qadının maraqlarını müdafiə edir. O pulu mən almıram, amma hansısa məhkəmə sədrinin müavininin köməkçisi, hansısa hakim alıb, məhkəmənin qərarına təsir etməyə çalışır. Düşünün, heç bir qohumluq əlaqəmin olmadığı, döyülən, əzilən qadın və uşaqlar üçün necə savaşlar verirəm. O qadınlar üçün məhkəmələrdə qalıram”.

Hidayətqızı illər əvvəl yardım etdiyi Aytac adlı qızın tələbə adı qazandığını açıqlayıb. O, eyni zamanda sözügedən gəncə öz yanında iş verəcəyini deyib:
"Aytac üç il əvvəl hüququnu müdafiə etdiklərimdən biridir. Atası onu məktəbə qoymurdu.  Ata doğma valideynlərini baltalayıb meşədə gizlənirdi, təslim olmurdu. Bax, o zaman Aytac mənə üz tutdu. Böyük mücadilə verdim. Yenə söyüldüm, "Xoşqədəm gənc qızları evdən qaçırdır” deyə sosial şəbəkələrdə haqsız təhqirlərə məruz qaldım, amma hər zamankı kimi doğru bildiyim yoldan dönmədim. Aytacın atası sayəmdə ay yarım sonra polisə təslim oldu, ailə hüzura qovuşdu, Aytac məktəbə bərpa olundu. Bir an belə unutmadım Aytacı. 

Bu gün səhərimi Aytacın mənə göndərdiyi təşəkkür videosuyla açdım. Nə yalan deyim, sevincimdən ağladım, axı burda böyük əmək, mübarizə və gözəl nəticə vardı. Mən doğru bilmədiyim heç bir yola çıxmıram, inanmadığım heç bir işin arxasınca getmirəm! Təbii, o yolda əziyyətlər çəkərəm, amma sonda qalib mənəm. Aytacı bundan sonra da dəstəkləyəcəm. Dərsdən sonra mənim yanımda çalışacaq, əməkhaqqı alıb bütün xərclərini özü ödəyəcək. Onun ən böyük arzusu Xoşqədəm xalası kimi jurnalist olmaq idi və oldu!”.

Türkan
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Nigar Camaldan heyranedici hərəkətlər - VİDEO

Azərbaycana 2011-ci ildə "Avroviziya” mahnı müsabiqəsində qalibiyyəti bəxş edən cazibədar müğənni Nigar Camal yenidən onu izləyənləri valeh edib. Sfera.az...

Məşhur cütlük ayrıldı

Hollivud ulduzu Sandra Bullok sevgilisi, fotoqraf Brayn Rendalldan ayrılıb. Sfera.az xarici mediaya istinadən xəbər verir ki, şayiələrin yaranmasına səbəb...

Burcu Esmersoy anidən gəncləşməyinin səbəbini açıqladı - FOTOLAR

Türkiyəli aparıcı Burcu Esmersoy haqqında yayılan söz-söhbətlərə aydınlıq gətirib.   Sfera.az bildirir ki, Nişantaşında gerçəkləşən tədbirlərdən birinə q...

İbrahim Tatlısəs gənc aktrisaya heyran qaldı: "Estetik etdirmə!" - FOTOLAR

Türkiyəli müğənni İbrahim Tatlıses gənc aktrisaya təriflər yağdırıb.   Sfera.az bildirir ki, ifaçı "Aziz” adlı serialın qəhrəmanı, Efnan obrazını canland...

Xarici ulduzlar “Sədərək” rəhbərinin oğlunun toyunda - VİDEO

Rusiya və Türkiyənin məşhur simaları Azərbaycana gəlib. Sfera.az xəbər verir ki, populyar estrada ulduzları Bakıda keçirilən dəbdəbəli toy mərasimində yer...

Cananadan Mətanət İsgəndərli haqqında KƏSKİN SÖZLƏR: Zalım nənələrin… - VİDEO

  Sizi geri qaytarmağa görə dağları belə yararam. Səhərə kimi oyaq qalan körpələrim, ana qoynunda yatan balalarım. Səbirlə Allahdan mükafatımı gözləyirəm....