No Image
No Image

Araik Arutyunuyanın azərbaycanlı sinif yoldaşı: "Kitabla vurub ağız-burnunu dağıtdım” – Müsahibə - FOTOLAR

Araik Arutyunuyanın azərbaycanlı sinif yoldaşı:

Sfera.az qondarma rejimin rəhbəri Araik Arutyunuyanın sinif yoldaşı olmuş xanımla onun haqqında müsahibəni təqdim edir. Xanım adının və fotosunun yayımlanmasını istəmədi.

- Arik Arutyunuyanla sinif yoldaşı olduğunuz haqqında məlumat əldə etdik. Bu, doğrudurmu?

- Bəli. Doğrdur. Mən Xankəndidə fəaliyyət göstərən 10 nömrəli rus məktəbində Araiklə bir neçə sinfi bir yerdə oxumuşam.

- Siz oralısınız?

- Yox. Atam institutda müəllim işləyirdi, ona görə bir müddət orada yaşadıq.

- Bu hansı illər idi?

- 1980-ci ildə birinci sinfə getmişəm. Araiklə 3-4-cü sinifləri bir yerdə oxumuşuq. Demək, söhbət 1983-1984-cü illərdən gedir.

- Mənə göndərdiyiniz foto da təbii ki, o illərə aiddir.

- Bəli. Birinci fotoda Araikin başının üstünə işarə qoymuşam. İkincidə onu tanıya bilmirəm. Həm şəkil bir az qaranlıqdır, həm də uzun illər keçib. Amma mütləq ordadır. Ariki boz bir uşaq idi. Xüsusi seçilən heç nəyi yox idi. Nə oxumağı, nə xarici görünüşü...

- İkinci fotodakı qadınlar kimdir?

- Qara geyimli sinif rəhbərimiz Areqa Levonovnadır. O birisinin adı, deyəsən, Venera idi. Soyadını unutmuşam.

- Başqa nələri xatırlayırsınız...

- Ermənilər o vaxtdan şovinist idilər. Bu xasiyyətləri uşaqlarına da sirayət eləmişdi. Eləcə də Araikə. Hətta bunun üstündə Araiki bir dəfə möhkəm çırpmışam (gülür).

- Necə?

- Mənə "Tork! Tork” deyirdi bütün günü. Həm də aşağılayaraq, incidərək söyləyirdi. İt qurusu bir oğlan idi. Cılız. Əfəl. Mən də yekəpər, davakar qız idim. Bir gün kitabla düşdüm bunun üstünə. Harasına gəldi ilişdirdim. Bir də baxdım, ağzının-burnunun qanı bir yerə qarışıb. Ağladı. Qaçdı evə. Anası onu götürüb müəllimlər otağına gəldi. Mənim atam da gəldi. Bizi də çağırdılar. Araikin anası məktəb direktoru ilə dirəşmişdi ki, məni məktəbdən qovsun. Atam da elə-belə adam deyildi. Dalaşmağımızın səbəbini öyrənən kimi bunlara necə cavab verdisə, dillərini qarınlarına soxdular.

- Sizi də danışdırdılar?

- Danışdırdılar, sonra koridora cıxartdılar. Dedilər, nə danışdığınızı xatırlayırsız? Niyə vurdun Araiki? Dedim, mənə "Tork” dedi. Dedilər, Araik, ona elə demisən? Dedi, ha, asalım... (gülür)

- Nə deməkdir?

- Ermənicə, hə, demişəm, deməkdir. Tapşırdılar ki, bir də elə demə. Amma bundan sonra da dinc durmurdum. Sinifdə iki azərbaycanlı idik, qalanı erməni idi. Görünür, bizə kin-küdurətlərini uşaq hissiyyatımla hiss eləmişdim. Ona görə, gündə biri ilə dalaşırdım. Atam vəziyyəti belə görəndə məni 4 nömrəli Azərbaycan məktəbinə dəyişdi.

- Bununla da erməni uşaqlarla, o cümlədən Araiklə əlaqəniz kəsildi.

- Kəsildi. Amma... (Duruxur)

- Amma nə?

- Sizə bir sirr açmaq istəyirəm.

- Buyurun.

- Mən sosial şəbəkələrdə lap erkən dövrlərdən aktiv olmuşam. Hələ söhbət "odnaklassik”in populyar vaxtlarından gedir. Orda maraq üçün məktəbimizi və sinif yoldaşlarımızı axtarışa verdim, hamısı orda idi. Mən onları izlədiyimi bildirmirdim. Onlar orta məktəb illərindən yazır, məni də xatırlayırdılar. Allahüçünə, pis heç nə yazmırdılar. Bir gün mənim də olduğum fotonu paylaşdılar. Mən də bu fotonu öz səhifəmdə paylaşdım. Onda bildilər ki, izləyirəm bunları. Səhər durdum, gördüm, hamısı dostluq atıb. Yaxın bir adamımla məsləhətləşdim. Dedi, problem deyil, dostluqlarını qəbul elə, amma ünsiyyətə girmə, heç bir reaksiya vermə, sadəcə izlə gör nə edirlər. Biri Fransada, biri Kanadada, biri Rusiyada, mənə sevgi dolu sözlər yazır, olduqları yerə qonaq dəvət edirlər. Bəziləri Ermənistana getmiş, bəziləri Xankəndidə qalmışdı.

- Araik də orda idi?

- Orda idi. Hətta mənimlə maraqlandı, ailə qurub-qurmadığımı, harda yaşadığımı, nə iş gördüyümü soruşdu. Cavab vermədim. Sonra mənə yazdı ki, hər şey bizim üçün yaxşı olacaq, sizin üçün bilmirəm. Elə buna görə hamısını bloka atdım.

- Nəyi nəzərdə tuturmuş səncə?

- Yəqin orda qondarma rəhbər olacağını...

- Onda hələ olmamışdı?

- Yox.

- İndi elə bir ünsiyyət imkanınız olsa nə deyərdiniz?

- Onların beyni zəhərlənib. Nəsə deməyin xeyri yoxdur. Adam anormaldırsa, ona nə deyəsən?

- Hər halda, qələbədən sonra deyəcək bir sözün olardı...

- Olmaz olurmu? (Gülür) Eynən bu cür deyərdim: "Nə oldu, Araik?” Mənim sənə elədiklərimi indi ordumuz sizin cinayətkarlara qarşı elədi, gördünmü? Qanınız tökülməyincə ağlınız başınıza gəlmir.

(kulis.az)


Turan Bank

OXŞAR XƏBƏRLƏR

Onların hamısı eyni səviyyədə məsuliyyət daşıyır - Ülvi Quliyev

Sfera.az Milli Məclisin deputatı Ülvi Quliyevin müsahibəsini təqdim edir: - Tanınmış jurnalist Poznerin Ermənistanın keçmiş prezidenti R.Köçəryandan göt...

Azercell ilk Azərbaycan dilli səs köməkçisini yaratmaq istəyir: Milli Siri gəlir?

Müasir informasiya texnologiyalarının sürətli inkişafı həyatımıza özüylə birlikdə yeni dönəm, yeni qloballaşma mərhələsini - rəqəmsal iqtisadiyyatı gətirdi. Bu ...

"Azarkeşlərlə tam razıyam, haqq qazandırıram" - Ramil Şeydayev

Ramil Şeydayevlə söhbətimiz indi yox, bir neçə ay əvvəl baş tutmalıydı. Lakin hər dəfə ortaya müxtəlif əngəllər çıxır, sual-cavabın vaxtı yubanırdı. Daha doğrus...

Əmanətlərlə bağlı yeni qanun əmanətçilər üçün bir çox üstünlük yaradır

Aprelin 5-dən etibarən "Əmanətlərin tam sığortalanması haqqında” qanun qüvvədən düşür və bundan sonra banklarda əmanətlərin sığortalanması "Əmanətlərin sığort...

Ermənilər Şuşaya “İskəndər”i nə vaxt atıb? - Müsahibə

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov müsahibə verib. Sfera.az həmin müsahibəni təqdim...

"Rusiyanın Donbassa irimiqyaslı hücum edəcəyinə inanmıram" - AŞPA vitse-prezidenti

"Ermənistanın ATƏT və təşkilatın Ukraynadakı Xüsusi Monitorinq Missiyasının büdcəsini bloklaması dünən (31 mart) aradan qaldırılıb. Bu yaxşı bir şeydir. Səhv et...