AQTA Beyləqanda süd və süd məhsulları istehsal edən müəssisədə nöqsanlar aşkarlayıb

AQTA Beyləqanda süd və süd məhsulları istehsal edən müəssisədə  nöqsanlar aşkarlayıb
 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Daxil olan müraciət əsasında AQTA əməkdaşları Beyləqan rayonu Aşağı Çəmənli kəndində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Alıyev Rizvan Arzuman oğluna məxsus süd və süd məhsulları istehsal edən müəssisədə yoxlama keçiriblər.

Yoxlama zamanı müəssisədə istehsal olunan məhsulların yağlılığını süni şəkilə artırmaq üçünbitki tərkibli "Sun 23” və "Sania” əmtəə nişanlı marqarin yağından istifadə olunduğu aşkarlanıb.

Məhsulların heç bir laborator analizinin aparılmadığı və müşahidəedici sənədlərin alınmadığı, istehsal zamanı qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu müəyyən olunub. Eyni zamanda məhsul qablaşdırılarkən etiketlənməsi vacib olan məlumatlıardan istifadə edilmədiyi aşkarlanıb.

Yoxlama zamanı məlum olub ki, pendir və yağ istehsalı olan hissədə istehsal yeri texniki sənədlərin tələblərini əks etdirmir. Aşkarlanan nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində sexin fəaliyyəti məhdudlaşdırılıb. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.


OXŞAR XƏBƏRLƏR

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...