APL: Bu gün daha bir oyun keçiriləcək

APL: Bu gün daha bir oyun keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçiriləcək.

Sfera.az xəbər verir ki, "Keşlə" "ASK Arena"da "Qəbələ"ni sınağa çəkəcək. Qarşılaşma saat 16:00-da başlayacaq.

Hazırda əyalət təmsilçisi 12 xalla 3-cü pillədə qərarlaşıb. 7 xalı olan paytaxt klubu isə 6-cıdır. İki komanda indiyədək ölkə çempionatında 52 dəfə üz-üzə gəlib. Bu oyunların 19-da meydan sahibləri, 15-də qonaqlar qələbə qazanıblar.

18 görüş heç-heçə ilə başa çatıb. "Qəbələ” son 4 matçda qol vurub. "Keşlə” isə evdəki son 3 qarşılaşmada qələbə qazanıb.

Azərbaycan Premyer Liqası

VIII tur

24 oktyabr (bazar)

16:00. "Keşlə” – "Qəbələ”

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Eyyub İbrahimov, Kamal Umudlu
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: İlham Əliyev

"ASK Arena”.

Qeyd edək ki, ilk oyun günündə "Sabah" evdə "Sumqayıt"a 3:0, "Neftçi" isə "Zirə"yə 2:1 hesabı ilə qalib gəlib. Tura oktyabrın 25-də oynanılacaq "Səbail" - "Qarabağ" matçı ilə yekun vurulacaq.

OXŞAR XƏBƏRLƏR