Mübariz Mənsimovun 5 illik həbs cəzası qüvvədə qaldı

Mübariz Mənsimovun 5 illik həbs cəzası qüvvədə qaldı
İstanbul Regional Ədliyyə Məhkəməsi 3-cü Cəza Dairəsi Mübariz Mənsimova yerli məhkəmə tərəfindən Fətullahçı Terror Təşkilatı (FETÖ) çərçivəsində "iyerarxik struktura daxil olmamaqla təşkilata qəsdən yardım etmək" cinayətinə görə verilən 5 illik həbs qərarını qanuna uyğun sayıb.

Beləliklə, İstanbul 27-ci Ağır Cinayət Məhkəməsi tərəfindən Mübariz Mənsimova martın 5-də verilən cəza qüvvədə saxlanılıb, yəni, Mənsimovun apellyasiya şikayəti təmin edilməyib.


Habelə, İstanbul Region Ədliyyə Məhkəməsi 3-cü Cəza Dairəsinin sənədlər üzərindən apardığı təhlildən sonra verdiyi qərarda Mənsimova verilən 5 illik həbs cəzası ilə bağlı qərarın qanunazidd olmadığını bəyan edib.

Dəlil və prosesdə hər hansısa çatışmazlığın olmadığı, sübut baxımından dəyərləndirmənin də yerində olduğu qeyd edilən qərarda bu səbəbdən təqsirləndirilən Mübariz Mənsimovun vəkillərinin irəli sürdüyü səbəbləri düzgün saymayaraq apellyasiya müraciətinin rədd edilməsinə qərar verilib.

Qərarda təqsirləndirilən Mübariz Mənsimov haqqında "ölkədən çıxış qadağası"nın davam etdiyi vurğulanıb.

Xatırladaq ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğunun hazırladığı ittihamnamədə M.Mənsimovun "FETÖ terror təşkilatının üzvü olmaq” cinayətilə 7 il 6 aydan 15 ilə qədər həbslə cəzalandırılması tələb edilmişdi.

İstanbul 27-ci Ağır Cəza Məhkəməsi bu il martın 5-də açıqladığı qərarla M.Mənsimova 5 il həbs cəzası vermişdi. Məhkəmə onun həbsdə keçirdiyi müddəti və aldığı cəzanın miqdarını nəzərə alaraq onun barəsində "ölkədən çıxma qadağası” tədbirləri görülməsinə qərar vermişdi.


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...