Anar Mədətov məhkəməyə çağırıldı – Mülk davası

Anar Mədətov məhkəməyə çağırıldı – Mülk davası

Tanınmış prodüser Anar Mədətovun keçmiş həyat yoldaşı məhkəməyə müraciət edib. 

 

 

Sfera.az-ın xəbərinə görə, Mədətova Elnurə Şaban qızı Nəsimi Rayon Məhkəməsinin qərarından narazı qaldığından Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib. Aprel ayının 2-də hakim Elnur Həsənovun sədrliyi ilə məhkəmə prosesi keçiriləcək. 

Məhkəmədə cavabdeh qismində Mədətov Anar Tofiq oğlu, anası Quliyeva Mahirə Mədət qızı və Məmmədov Elşad Malik oğlu tanınıb. Xatırladaq ki, Anar Mədətov həyat yoldaşından ayrılaraq Samirə adlı vizajistlə ailə həyatı qurub. Bundan sonra Elnurə Mədətova boşanma ilə bağlı məhkəməyə müraciət edib. Həmçinin qarşılıqlı iddia kimi Anar Mədətov əmlakın bölünməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib və 1-ci instansiya məhkəməsi hər iki tərəfin iddiasını qismən təmin edib. 

Qeyd edək ki, Anar Mədətovun oğlu Mahir Əmrəli tanınmış futbolçudur, Azərbaycan milli futbol komandasının üzvüdür. Anar Mədətov həyat yoldaşından ayrıldıqdan sonra Mahir atasının soyadından imtina edərək ana babasının soyadını götürüb. (yeni sabah)

Anar Mədətov məhkəməyə çağırıldı – Mülk davası


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...