​​​​​​​\"Ammonium nitratdan daha təhlükəsiz olan karbamidin daxildə istehsalı strateji addım idi” – ŞƏRH

​​​​​​​\
 

Livanın paytaxtı Beyrutda baş verən dəhşətli partlayış dünya mediasının gündəminə oturub. Hər keçən saat yeni qurbanlar haqda xəbərlər gəlir.

Partlayışın hansı səbəbdən baş verməsi tam şəkildə dəqiqləşməsə də Livanın baş naziri Həsan Diyab limanın anbarlarında saxlanılan 2 750 ton ammonium nitratın həmin şiddətli parlayışa səbəb olduğunun ehtimal edildiyini deyib. Bəs bu cür dağıdıcı gücə malik olan maddə haqqında nə bilirik?

Bu barədə açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun mineral gübrələr laboratoriyasının rəhbəri, aqrar elmlər doktoru Məmməd Məmmədov bildirib ki, ammonium nitrat azot gübrəsidir və ölkəmizdə "selitra" adı ilə tanınır.

 Ekspert bildirib ki, ammonium nitrat həqiqətən də partlamaya meyillidir: "Uzun illər Azərbaycanda "selitra" kənd təsərrüfatında istifadə olunub. O, idxal olunduğundan həm də baha başa gəlirdi. Hərçənd ki, ondan iki dəfə daha güclü, ekoloji cəhətdən daha təhlükəsiz və bitki üçün az zərərli olan karbamid kimi alternativ olub. Bu gübrə həm də ammonium nitratdan fərqli olaraq partlayışa meylli deyil. Bu mənada ötən il ölkəmizdə "SOCAR Karbamid" zavodunun açılışı strateji əhəmiyyətə malik idi. Həmin müəssisə faktiki olaraq idxaldan asılılığı azaltmağa, ərzaq təhlükəsizliyinin təmin olunmasına, gübrələrin alınmasına xərclənən vəsaitin milli iqtisadiyyatda qalmasına, "selitra"nın əvəzedicisi olan gübrəni fermerlərə daha sərfəli şərtlərlə satmağa imkan verdi. O, azot itkisini azaltmaqla kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsini təmin edir. Eyni zamanda karbamid ammonium nitrata nisbətən yuyulmaya daha davamlıdır və torpağın münbitliyinin qorunub saxlanılmasında böyük rola malikdir. Həmin gübrənin ucuz olaması isə kənd təsərrüfatı məhsullarının maya dəyərini aşağı salmaqla, xarici bazarlarda rəqabət qabiliyyətini artırır”. (report)


OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...