Almatıda fövqəladə vəziyyət elan edildi

Almatıda fövqəladə vəziyyət elan edildi
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almatı şəhəri və Manqistau vilayətində fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi ilə bağlı sərəncam imzalayıb.

Sfera.az  "Unian” agentliyinə istinadən xəbər verir ki, həmin ərazilərdə fövqəladə vəziyyət rejimi yanvarın 5-dən 19-na qədər davam edəcək. 

Almatı şəhərində fövqəladə vəziyyət rejimi çərçivəsində 23:00-dan 07:00-a qədər komendant saatı da tətbiq olunacaq. 

Məlumata görə, sözügedən qərar ölkədə bir neçə gündür davam edən qazla bağlı etirazlar fonunda ictimai təhlükəsizliyi təmin etmək, vətəndaşların hüquq və azadlıqlarının bərpa olunması məqsədilə verilib. 

Xatırladaq ki, yanvarın 2-dən etibarən Qazaxıstanda qazla bağlı etiraz aksiyaları keçirilir. Ölkədə kütləvi etirazlar maye qazın qiymətinin bahalaşmasından sonra başlayıb. Bununla yanaşı, yanvarın 4-ü axşam saatlarında Almatıda aksiya iştirakçıları və polis arasında toqquşma baş verib. Qazaxıstan hökuməti istefa verib. 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Üç ölkə iflic oldu: işıq kəsildi, metro dayandı, insanlar köməksiz vəziyyətdə qaldı

Elektrik enerjisi xəttində baş verən qəza nəticəsində Qazaxıstan, Qırğızıstan Özbəkistan işıqsız qalıb. Sfera.az  "ria.ru”ya istinadən xəbər verir ki...

Bu gün Türkiyə hökuməti Ermənistanla danışıqların nəticələrini müzakirə edəcək

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək. Sfera.az  "TRT Haber”ə istinadən xəbər verir k...

Tokayev ölkədəki böhranın səbəbini AÇIQLADI

"Qazaxıstandakı hadisələrin baş verməsinə səbəb ciddi sosial-iqtisadi problemlər və bəzi dövlət qurumlarının səmərəsizliyi, uğursuz fəaliyyəti oldu. Bunu etiraf...

Bu gün KTMT ölkələrinin liderləri Qazaxıstandakı vəziyyəti müzakirə edəcəklər

Bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderləri Qazaxıstandakı mövcud vəziyyəti müzakirə etmək məqsədilə videokonfrans vasi...

“Türkiyə hər zaman Qazaxıstanın yanındadır” - Mustafa Şəntop

"Türkiyə hər zaman Qazaxıstanın yanındadır”. Sfera.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Tvitter hesabında yazıb....

Qazaxıstana göndərilən sülhməramlıların funksiyası AÇIQLANDI

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstana göndərəcəyi sülhməramlılar ölkədə qayda-qanunun yaradılmasında deyil, hərbi strukturların və ...