Allahşükür Paşazadənin məhkəməyə verilməsi xəbərinə qardaşından REAKSİYA: “Məsələnin şeyxə heç bir aidiyyatı yoxdur\"

Allahşükür Paşazadənin məhkəməyə verilməsi xəbərinə qardaşından REAKSİYA: “Məsələnin şeyxə heç bir aidiyyatı yoxdur\
Sosial mediada yayılan xəbərlərə görə paytaxt sakini Seymur Quliyev Milli Məclisin üzvü Əliabbas Salahzadə və həyat yoldaşı Xatirə Salahzadəni, həmçinin atası, keçmiş deputat Qalib Salahzadəni məhkəməyə verib. 
 
Belə ki, S.Quliyev adıçəkilən şəxsləri Bilgəh qəsəbəsində özünə məxsus yaşayış mülkünü, torpaq ərazisini mənimsəməkdə günahlandırır.
Zərərçəkmiş şəxs bununla əlaqədar olaraq məhkəməyə müraciət etdiyini də deyir. Bundan əlavə məhkəməyə təqdim olunan sənəddə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə üçüncü şəxs kimi təqdim olunur.

Məsələni dəqiqləşdirmək üçün Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə ilə əlaqə saxladıq. Deputat Sfera.az-a açıqlamasında şeyxin məhkəməyə verilmədiyini bildirdi:

"Bu kimi xəbərləri mən də bəzi saytlarda oxumuşam. Lakin onu deyim ki, Allahşükür Paşazadənin məhkəməyə verilməsi yalan məsələdir. Qalib Salahzadə isə bu mövzu ilə əlaqədar olaraq bir neçə dəfə məhkəməyə verilib. Qalib Salahzadə bildirir ki, torpağın sənədləri onda var. Bu məsələni mən dəqiqliklə bilə bilmərəm, onu deyə bilərəm ki, məsələnin şeyxə heç bir aidiyyatı yoxdur".

C.Paşazadə mübahisəli mülk məsələsinin məhkəmə tərəfindən həll ediləcəyini diqqətə çatdırıb:

"Şikayətçi şəxs məhkəməyə müraciət edibsə, məhkəmə lazımı qərarı verəcək. Əgər doğrudan da Qalib Salahzadə Seymur Quliyevin torpağını mənimsəyibsə, o zaman məhkəmə tərəfindən qətnamə veriləcək. Lakin belə hal olmayıb, yalandır".

Əzizə Zeynal
Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...