“Allaha and olsun, birinci dəfədir...” - Sabiq başçıdan korrupsiya ittihamına cavab

“Allaha and olsun, birinci dəfədir...” - Sabiq başçıdan korrupsiya ittihamına cavab

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunmuş Şəmsəddin Xanbabayevin adı korrupsiyada hallanır.

Sfera.az xəbər verir ki, sosial şəbəkə istifadəçisi Ceyhun İbrahimlinin iddialarına görə, Ş.Xanbabayev başçı olduğu dövrdə hər ay vətəndaşlara məxsus 125 min manat vəsaiti mənimsəyib:

"Hər rayona Prezident Aparatından kvota ayrılır. Bu il Xaçmaza 600 yer ayrılmışdı. Təbii ki, 600 adam işə cəlb edilmədi. Sadəcə 30 nəfər işləyirdi. Qalan adamlar isə adları işdə gedən, lakin özləri olmayan ölü canlar idi. 520 kart Şəmsəddinin, yerdə qalanlar məşğulluğun direktoru Ayazın, MKT-nın direktoru Qalibin, DOST mərkəzi Vüsalın arasında bölünmüşdü. Dünən təzə başçı təcili şəkildə Maliyyənin rəisini çağırıb deyib ki, "mən belə şey edə bilmərəm. Prezidentin xüsusi göstərişi var. Ona görə də kartları qaytarın”. İndi Xaçmazda düşüblər küçələrə ölü canları axtarıb tapıb kart qaytarmağa. Məhəllə-məhəllə gəzirlər. Maliyyənin rəisi Nizami də təzə başçıya and-aman edib ki, vallah-billah kartlar Şəmsəddin Xanbabayevdədir. Nəzərə alsaq ki, hər kartda minimum əməkhaqqı qədər aylıq pul olur, son olaraq 250 manat yüklənirdi. Deməli aylıq təxminən 125 min manat tək başçıya çatırdı. Xaçmazda ölü canların axtarışı əməliyyatı bu gün səhərdən başlayıb.(yeni sabah)

Bütün bu hoqqaların fonunda Şəmsəddin əmi şimali Qafqaz kurortlarının birinə istirahətə gedib. Büdcəni talamağın ən azğın üsullarından biridir. Məncə bu korrupsiya sxemi bütün rayonlarda tətbiq olunur”.

Hazırda Dağıstanda olduğunu bildirən sabiq başçı, YAP-ın Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev Modern.az-a açıqlamasında yayılan məlumatların doğru olmadığını bildirib:

"Mən hazırda Dağıstandayam. Xaçmazda 600 iş yerinin açılması doğrudur. Amma onların pullarının mənimsənilməsini Şəmsəddin Xanbabayev ömrü boyu edə bilməz. Mən ulu öndərlə bir yerdə işləmişəm. Mən ən ağır dövrlərdə - 1990-cı illərdə Naxçıvanın Baş nazir olmuşam. 15 il möhtərəm Prezidentimizlə işləmişəm. Deyirlər desinlər də, hamı üçün nəsə deyirlər. Amma xahiş edirəm deyilənlərə inanmayın”.

Ş.Xanbabayev aylıq 125 min manat vəsaiti mənimsəməsilə bağlı fikirləri gülüşlə qarşılayıb:

"Harada idi o pul? (gülür) Allaha and olsun, birinci dəfədir, belə şey eşidirəm. Bu yaşımda ilk dəfədir ki, olmayan şeylərlə rastlaşıram. Ayıbdır, onu yazanlara deyin, Allahdan qorxsunlar, sadəcə günahdır”.

Qeyd edək ki, Prezident İlham Əliyevin oktyabrın 31-də imzaladığı sərəncamla Şəmsəddin Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub və Elnur Şahbaz oğlu Rzayev Xaçmaz RİH-in başçısı təyin edilib.

Noyabrın 2-də isə Şəmsəddin Xanbabayev YAP-ın Xaçmaz rayon təşkilatının sədri seçilib.

OXŞAR XƏBƏRLƏR

“Mayası xəyanətdən yoğrulmuşlar sadəlöhvcəsinə düşünürlər…

Qüdrət Həsənquluyev: "Tarixdə prezidentinə və dövlətinə xəyanət etmiş qiyamçı qara polkovnik kimi qalan Sürət isə Rüstəm İbrahimbəyovdan 20 il əvvəl istifadə ol...

Ordudakı kadr dəyişikliyini zəruri edən nədir?

 "Hadisələrin gedişatını müşahidə edən biri kimi deyə bilərəm ki, Müdafiə Nazirliyində aparılan ciddi struktur və kadr islahatları ordunun daha da güclənmə...

"Huner Group"dan möhtəşəm fürsət

Huner Group Ağ Şəhərdə yeni layihəsi olan "Hünər Park” yaşayış kompleksində alıcılar üçün möhtəşəm fürsət təqdim edir.  8 mərtəbədən, 9 blokdan ibarə...

Deputatdan həmsədrlərə sərt ittihamlar

 "Beynəlxalq təşkilatlar, xüsusən də ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın 28 ildir Azərbaycan torpaqlarını işğal altında saxlamasına görə məsuli...

Ədalət Vəliyev: "İqtidarla müxalifət arasında indiyədək müşahidə edilməyən yaxınlaşma var"

"Azərbaycanda həyata keçirilən islahatların prioritet istiqamətlərindən biri olan korrupsiyaya qarşı mübarizə pandemiya şəraitində də səngiməyib”. "Report” x...

"Ordumuzun təchizatı da güclüdür, milli ruhu da yüksəkdir"

 "Ordumuz çox güclüdür. Ordumuzun təchizatı da güclüdür, milli ruhu da yüksəkdir" Bunu sonxeber.az-a Dağlıq Qarabağ münaqişəsinin mümkün həlli yollar...