Alimlər qazlı suyun zərərini araşdırıb: Nəticələr dəhşətlidir

Alimlər qazlı suyun zərərini araşdırıb: Nəticələr dəhşətlidir
Beynəlxalq alimlər qrupu tərəfindən Avropanın on ölkəsində aparılan və 19 il davam edən araşdırma şirin qazlı içkilərin insan orqanizminə həddindən artıq zərərli olduğunu göstərib. FaktXeber.com-un məlumatına görə, JamaNetwork-da bu barədə məqalə dərc ediblər.

 

Məqalədə bildirilir ki, gündə iki və ya daha çox stəkan şirin qazlı su istifadəsi xərçəng və erkən ölüm riskini artırır.

 

O da vurğulanır ki, bütün könüllülər tədqiqatın başlanğıcında xərçəng, diabet və ürək-damar xəstəlikləri əlamətləri olmayan sağlam insanlar olub.

 

Bildirilir ki, o, qarın orqanlarının ətrafında meydana gəlir, daxili orqanlara qan və limfa axışını maneə törədir, beləliklə qaraciyər, ürək və mədə-bağırsaq traktının problemləri, məsələn hipertoniya, 2-ci tip diabet, hormonal pozğunluqlar və onkologiya kimi xəstəlikləırə səbəb olur.

 

Şəkər, bədəndəki yağ miqdarını, aclıq və toxluq hissini tənzimləyən leptin hormonuna qarşı müqavimət yaradır. Bu da insanda daim yemək istəyinə səbəb olur.

 

Dişlərin vəziyyəti də sürətli bir şəkildə pisləşir, çünki hər 1 banka qazlı sudan sonra ağzı yaxşıca təmizləmək və yaxalamaq çətindir (karbon dioksid və fosfor turşusu diş emalı üçün xüsusilə zərərlidir).


OXŞAR XƏBƏRLƏR