No Image
No Image

Alimlər koronavirusun ilk dəfə yayıldığı Uhana getdilər

Alimlər koronavirusun ilk dəfə yayıldığı Uhana getdilər
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri cümə axşamı Çinin mərkəzi Xubey əyalətinin inzibati mərkəzi olan Uhana gediblər.

Sfera.az xəbər verir ki, bu barədə CGTN telekanalının tvitter sosial şəbəkəsində səhifəsində yerləşdirilmiş xəbərdə bildirilir.

"Ümumdünya Səhiyyə Təşkilatının ekspertlər qrupu koronavirusun yaranması səbəblərinin müəyyənləşdirilməsi Mərkəzi Çinin Uhan şəhərinə gəldi. Mütəxəssislər işə başlamazdan əvvəl karantinə yerləşdiriləcək", - xəbərdə bildirilir.

Daha əvvəl bildirilirdi ki, Çin hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusun yaranmasını araşdıran komissiyasının əməkdaşlarını ölkəyə buraxmayıb. Komissiya üzvlərinin səfərdə məqsədi koronavirusun yayıldığı iddia edilən Çinin Uhan şəhərində virusun meydana gəlmə səbəbini araşdırmaq olub.

Çin hakimiyyəti ÜST-nin nümayəndələrinin səfərinə hələ dekabrın ortalarında razılıq vermişdi.

Xatırladaq ki, koronavirus infeksiyası ilk dəfə ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Heç kim inciməsin, buna davam edəcəm - Ərdoğan

Yüksək faizə qəti şəkildə qarşıyam. İnvestorların mesajları vacibdir. Ölkəmin yüksək faiz dərəcələri ilə inkişaf edəcəyinə inanmıram, heç kim inciməsin, bunu de...

Ukraynada milli matəm elan edildi - Vladimir Zelenskidən fərman

Ukrayna prezidenti Vladimir Zelenski Xarkovda qocalar evində baş vermiş yanğında 15 nəfərin həlak olması ilə əlaqədar ölkədə milli matəmin elan edilməsi haqqınd...

Azad Rəhimovla bağlı yayılan xəbər YALANDIR

Sosial şəbəkələrdə və xəbər saytlarında Gənclər və İdman naziri Azad Rəhimovun səhətində ciddi problemlər yaranması və komaya düşməsi ilə bağlı xəbərlər tirajla...

Ara Ayvazyan Gürcüstana qeyri-rəsmi səfər etdi

Ermənistanın xarici işlər naziri Ara Ayvazyan Gürcüstana qeyri-rəsmi səfər edib. Sfera.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən...

Pentaqon tarixində ilk: Afroamerikalı yeni rəhbəri oldu

ABŞ Senatı bu gün istefada olan dörd ulduzlu general Lloyd Ostinin ölkənin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiq edib. Sfera.az xəbər verir ki, P...

Britaniyada son sutkada 40 mindən çox yoluxma qeydə alındı

Böyük Britaniyada son sutka ərzində 40 261 nəfər koronavirusa yoluxub.  Sfera.az-ın verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məl...