Dünya

Alimlər ağır koronavirus xəstələrinin fərqli müalicəsini təklif edirlər

Alimlər ağır koronavirus xəstələrinin fərqli müalicəsini təklif edirlər
 Araşdırmaçılar koronavirusu ağır formada keçirən xəstələrin effektiv müalicəsi üçün yeni üsul təklif ediblər.

Sfera.az xəbər verir ki, bu barədə ABŞ-ın Boston Universitetinin alimlərinin birgə məqaləsində bildirilib. 

Mütəxəssislərin sözlərinə görə, koronavirusun ən ağır halları respirator distress sindromuna yol açır. Ağciyərlərin bu vəziyyəti insan həyatı üçün təhlükəli sayılır. Alimlər bu ağırlaşmanın müalicəsi üçün ağciyərlərin ventilyasiyasını pasiyenti üzüqoyulu uzadaraq həyata keçirməyi təklif ediblər.

Araşdırmaçılar bu üsulla müalicə olunan xəstələrdə ölüm faizinin 16,7% olduğunu vurğulayıblar. Halbuki digər üsulla müalicə alanlarda ölüm faizi daha yüksəkdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,8 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 265 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031