“Ağlımızın ucundan da keçməyib ki...” – “Maşın”da dopinq qalmaqalı

“Ağlımızın ucundan da keçməyib ki...” – “Maşın”da dopinq qalmaqalı
 

ATV-də yayımlanan "Maşın” şounun qalibi Suna Kasımoğlunun dopinq istifadə etdiyi ilə bağlı iddialar səsləndirib. Bu məsələ sosial şəbəkələrdə də müzakirə olunub. İstifadəçilər S. Kasımoğlunun dopinq qəbul etdiyi üçün maşının ətrafında sona qədər dözümlülük göstərdiyini qeyd ediblər.

Sfera.az xəbər verir ki,  "Yeni Sabah"a danışan "M Group Production”nın mətbuat katibi Könül  Əlibəyli finalçıların dopinq-testindən keçirilmədiyini, amma şouda belə bir şeyin ola bilməyəcəyini deyib:

"Yox, elə bir şey mümkün deyil. Bizdə elə güclü nəzarət var ki, heç ağıla gələsi bir şey deyil. Xeyr, iştirakçıları  test etmirik, özümüz özümüzə şübhə edirik ki, finalçıları da analiz edək? Belə bir şey mümkün deyil. Bizdə oyunçulara nəzarət edənlər, təhlükəsizlik xidməti əməkdaşları var, onlar həmişə iştirakçıların yanında olublar. İştirakçılar daim bizim nəzarətimiz altında olurlar. Harasa buraxılmırlar ki, gedib nəsə alsınlar və qəbul etsinlər.  Belə bir şey qaydalara görə qadağandır. 18 "Maşın” ərzində belə bir şey olmayıb. İlk dəfədir belə iddialar eşidirəm. Bu vaxta  kimi belə bir şey ağlımızın ucundan da keçməyib ki,  qaydalara belə bir şey salaq. Belə bir şey heç vaxt olmayıb”.

Məsələ ilə bağlı futbolçularla işləyən tanınmış həkim Akif Taqarovla da əlaqə saxladıq. A. Taqarovun sözlərinə görə, hər hansı idmançının, şəxsin topinq qəbul edib-etmədiyini ancaq dopinq-testdən keçirməklə müəyyənləşdirmək olar:

"Əlbəttə ki, idmançıların dopinqdən istifadəsi qadağandır. Bəzi dərmanlar var ki, idmançılara onları istifadə etmək qadağandır. Ümumiyyətlə, bir həkim kimi deyə bilərəm ki, dopinq insanda gücü, dözümlülüyü artırır. İdmançının, hər hansı bir şəxsin dopinqdən istifadə edib-etmədiyini ona baxaraq və ya digər formada bilmək mümkün deyil. Kiminsə dopinq qəbul edib-etmədiyini öyrənmək üçün onu ancaq dopinq-tesdən keçirmək lazımdır. Test nəticəsində onun dopinq qəbul edib-etmədiyi müəyyənləşə bilər.  

Amma mən "Maşın” şoudakıların işinə qarışa bilmərəm. Öz işləridir. "Maşın” şouda iştirak edənlərin nə etdiyini bilmərəm. Bəlkə də, "ot"dan istifadə edirlər, nəşə çəkirlər. Elə o da bir növ dopinqdir də”. 

Xatırladaq ki, "Maşın” şounun 18-ci sürətində finala qalan son iki iştirakçıdan türkiyəli aparıcı Suna Kasımoğlu həmkarı Lalə Mustafayevadan daha dözümlü çıxaraq avtomobili qazanıb.


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...