Ali Məhkəmədə yeni şöbə yaradıldı

Ali Məhkəmədə yeni şöbə yaradıldı
Ali Məhkəmədə aparılan struktur islahatları çərçivəsində yeni şöbə yaradılıb.

Sfera.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov deyib.

O bildirib ki, yeni strukturla bağlı əməkdaşlar da artıq işə cəlb edilib.

"Həmin şöbədə işləyən hüquqşünaslar hakimlərə qərarların ilkin variantını təqdim edəcəklər. Bu isə hakimlərə öz vəzifələri ilə məşğul olmağa imkan yaradacaq və hakimlərin fəaliyyətinin səmərəliyini qat-qat artıracaq,”- deyə Ç. Əsgərov qeyd edib.

OXŞAR XƏBƏRLƏR