Aleksey Navalnı təcridxanadan yoxa çıxıb – Vəkilindən açıqlama

Aleksey Navalnı təcridxanadan yoxa çıxıb – Vəkilindən açıqlama
Aleksey Navalnı "Matrosskaya Tişina” təcridxanasında deyil.

Sfera.az pravda.ru-ya istinadla xəbər verir ki, Aleksey Navalnının vəkili Vadim Kobzev onunla görüşmək üçün "Matrosskaya Tişina” istintaq təcridxanasına gələndə müttəhimi orada tapa bilməyib.

"Vəkil Kobzev bu gün SIZO-1 "Matrosskaya Tişina”da idi. Orada ona Alekseyin müəssisəni tərk etdiyini söyləyiblər. Onun indi harada olduğunu və sözügedən olayın nə vaxt baş verdiyini bilmirik",- deyə Aleksey Navalnının Twitter-i  məlumat verir.
 
Bu arada, Vadim Kobzevin  özü açıqlayıb ki ki, görüşün mümkünsüz olduğunu söyləyənədək üç saat istintaq təcridxanasında gözləməli olub. Bundan sonra təcridxana əməkdaşları ona Navalnının etap edildiyini bildirsə də, hara aparıldığını dəqiqləşdirməkdən imtina ediblər.

Qeyd edək ki, az əvvəl Rusiya mətbuatı Aleksey Navalnının böyük ehtimalla Rusiyanın uzaq koloniyalarından birinə aparılacağını bildirmişdi.

Məsələ ictimailəşdikdən sonra isə Navalnının ümumi rejimli koloniyaya köçürüləcəyi açıqlansa da yeri haqda əlavə informasiya verilməyib.
 
"Məhkum mənzil başına çatdırılanadək Cəzaların İcrası Federal Xidməti cəzaçəkmə məkanını açıqlaya bilməz” - deyə, Moskva İctimai Monitorinq Komissiyasının üzvü Yeva Merkaçyova məlumat verib.
 
Tərcümə: Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - VİDEO

Rusiyada yaşayan azərbaycanlıların hüquqları ayaqlar altına atılır, onlara qarşı qeyri-insani davranış göstərilir.   Sfera.az xəbər verir ki, bu barə...