No Image
No Image

Aleks Ferqyuson: "VAR sistemi lənətə gəlmiş faciədir"

Aleks Ferqyuson:
İngiltərənin "Mançester Yunayted" klubunun sabiq baş məşqçisi Aleks Ferqyuson VAR sistemini tənqid edib.

Sfera.az  xəbər verir ki, şotlandiyalı mütəxəssis "Daily Mail" nəşrinə açıqlamasında bunun əsl faciə olduğunu bildirib.

Ferqyusonun sözlərinə görə, sistemdən düzgün istifadə olunmur: "Bu, lənətə gəlmiş faciədir. Bir həftə öncə "Lids Yunayted"lə "Börnli"nin oyununa baxırdım. Meydan sahiblərinin qapıçısı rəqib futbolçuya qarşı qaydanı pozsa da, qonaqların qolu ləğv olundu. İnanılmazdır"!

Qeyd edək ki, daha əvvəl İngiltərə "Liverpul"unun baş məşqçisi Yurgen Klopp VAR-dan narazılıq edib.
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR