No Image
No Image

Ağstafa icra başçısının nümayəndəsi həbs edildi

Ağstafa icra başçısının nümayəndəsi həbs edildi
Ağstafa Rayon İcra Hakimiyyəti başçısının Həsənsu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi faktı aşkar edilib.

Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Ağstafa Rayon İcra Hakimiyyəti başçısının Həsənsu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vəliyev Vəkil Səfər oğlunun qanunsuz əməlləri ilə bağlı Ağstafa Rayon Prokurorluğuna daxil olan vətəndaş müraciəti əsasında aparılan araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılan istintaq zamanı Vəkil Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşların 2019-cu ilin fevral ayından "DOST İş Mərkəzi” MMC-də sosial işçi kimi qeydiyyata alınmasına, işə gəlmədikləri halda işə davamiyyət cədvəllərində bilə-bilə yalan məlumatlar daxil edərək imzası və nümayəndəliyin möhürü ilə təsdiq etmə yolu ilə vəzifə saxtakarlığı etməsinə, onların adına olan əməkhaqqı kartını özündə saxlamaqla 2019-cu ilin fevral ayından 2020-ci ilin dekabr ayına qədər ümumilikdə 7 min 900 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

30.04.2021-ci il tarixdə Vəliyev Vəkil Səfər oğlu Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 178.2.3 (dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Sehliyali

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ağstafa icra başçısının nümayəndəsi həbs edildi

Ağstafa Rayon İcra Hakimiyyəti başçısının Həsənsu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi faktı aşkar edil...

Azərbaycan Ordusunun itkin düşən daha bir hərbçisinin nəşi tapıldı - FOTO /YENİLƏNİB

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən hərbi qulluqçusu, Təbriz Cəfərov dəfn edilib. Sfera.az xəbər verir ki, şəhid bu gün Bərdə şəhərind...

Ermənilər indi də Laçını yandırır - FOTOLAR

Ermənistan ordusu Kəlbəcər və Ağdam rayonlarından sonra Laçın rayonunun əksər kəndlərini də tərk etməlidir.   Sfera.az xəbər verir ki, dekabrın 1-nə qədə...

Ermənilər Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunu atəşə tutdu - FOTOLAR

Gecə təxminən saat 02:30-da Azərbaycan Respublikasının Ukraynanın Xarkov şəhərindəki Fəxri Konsulluğu atəşə tutulub. Sfera.az bildirir ki, bu barədə Azərb...

Ermənilər ABŞ-da türk restoranına hücum etdilər - VİDEO

ABŞ-ın Los-Anceles şəhərinin Beverli Hills səmtində türklərə məxsus "İstanbul” adlı restorana hücum olunub. Sfera.az  xəbər verir ki, erməni radikall...

Ermənistan məğlubiyyətin heyfini dinc sakinlərdən çıxmağa çalışır - FOTOLAR

Ermənistanın 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın mülki əhalisini, o ...