Çağırış müddəti mayın 31-dək uzadıldı
11:54 / 30.03.2020
1497
Azərbaycanda həqiqi hərbi xidmətə çağırış müddəti uzadılır.
Sfera.az-ın məlumatına görə, Milli Məclisin iclasında "Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırış müddətinin uzadılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihədə bu müddətin mayın 31-dək uzadılması təklif edilir.
Layihə səsverməyə qoyularaq qəbul edilib. (yeni sabah)