Agentliyin əməkdaşı minaya necə düşüb?

Agentliyin əməkdaşı minaya necə düşüb?
Minatəmizləmə Agentliyi Cəbrayılda minaya düşən əməkdaşı ilə bağlı açıqlama yayıb.

Agentlikdən Sfera.az-a bildirilib ki, bu gün qurumun əməkdaşı 26 avqust 1979-cu il təvəllüdlü Nəsirov Bəhruz Tapdıq oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minanı zərərsizləşdirən zaman dirəyin altında quraşdırılan digər bir minanın partlayışı baş verib.

Nəticədə, Nəsirov Bəhruz Tapdıq oğlu partlayış zamanı üzərində olan xüsusi qoruyucu geyim və dəbilqə sayəsində müxtəlif dərəcəli yüngül bədən xəsarətləri alıb, ilkin tibbi müayinə edilərək, evə buraxılıb.

"İşğaldan azad edilmiş ərazilərin mina və partlayıcı qurğularla yüksək səviyyədə çirklənməsini nəzərə alaraq təhlükəsizlik səbəbindən bir daha vətəndaşlarımızı həmin ərazilərə xüsusi icazə olmadan daxil olmamağa çağırırıq", - deyə açıqlamada bildirilir.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ünvanlı sosial yardım alanların NƏZƏRİNƏ

Sentyabr ayı üzrə ünvanlı dövlət sosial yardımının ödənilməsi başa çatdırılıb. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bütün müavinət, ...

Tanınmış idmançı 47 yaşında koronavirusdan vəfat etdi - FOTO

Bu gün sığorta şirkətlərindən birinin İdarə Heyətinin sədr müavini Yusifzadə Aqşin Mehralı oğlu koronavirus xəstəliyindən həyatını itirib. Sfera.az xəbər ...

Sənədsiz evlərin sahiblərinə şad xəbər - VIDEO

Ölkə üzrə sənədsiz fərdi yaşayış evlərinin uçota alınması davam etdirilir. Artıq 100 minlərlə mənzilin inventarlaşdırılması yekunlaşıb. Sfera.az xeze...

Pensiya yaşına çatmadan ölən şəxsin hesabındakı pul kimə verilir? - RƏSMİ

Azərbaycanda pensiya yaşına çatmayan vətəndaşların vəfatından sonra sığorta hesabına yığılan pul ailə üzvlərinə pensiya təyin edilərək ödənilir.   Sfera....

“İran bu təlimlərdən niyə narahat olsun ki…” - Açıqlama

Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq sazişinə əsasən Naxçıvanda hər iki ölkənin motoatıcı, xüsusi təyinatlı, komando və m...

Taksi sürücülərinə bəd xəbər - Oktyabrın 1-dən... - VİDEO

Koronavirusa qarşı birinci dozanı vurduran taksi sürücüləri gələn ayın əvvəlinədək ikinci dozanı da vurdurmalıdır. İkinci dozanı vurdurmayan sürücülərə qarşı po...