Ağdamda 4 otaqlı ev əşyaları ilə birlikdə yanıb - FOTO
00:13 / 11.04.2021
5243
Ağdam rayonunun Çəmənli kəndində yanğın qeydə alınıb.
Sfera.az-ın xəbərinə görə, yanğın kənd sakini Bəxtiyarov Murtuza Məhəmməd oğluna məxsus evdə baş verib.
Yanğını söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağdam Yanğında mühafizə bölməsinin iki texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlər yanğını söndürərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alıb.
Faktla bağlı araşdırma aparılır.
(APA)