“Adım kimi əminəm, ölümlər artacaq” – Rəşad Mahmudovdan həkimlərə “bunu etməyin” çağırışı

“Adım kimi əminəm, ölümlər artacaq” – Rəşad Mahmudovdan həkimlərə “bunu etməyin” çağırışı
Tibb üzrə elmlər doktoru, millət vəkili Rəşad Mahmudov kolleqalarına səslənib.

Sfera.az bildirir ki, deputat səhiyyəmizin hazırda çətin sınaqdan keçdiyini bildirib və  xüsusilə evlərdə ilk günlərdən dexametazon, metipred, prednol-L, antibiyotiklər, sistemlər yazan infeksionist, terapevt və pulmunoloqlara çağırış edib:

"Belə bir vəziyyətdə həkim olaraq heç birimizin susqun oturmağa haqqımız yoxdur. Bu qədər yüklənmə qarşısında dövlət qurumlarından bu məsələdə nə isə etməsini gözləmək yanlışdır. İnsanları vaxtında səhv yoldan döndərməsək, ölümlər daha da artacaq. Buna adım kimi əminəm. İnsanları evlərdə ilk gündən sistem və güclü dərman istifadəsinə inandıran siz, biz, bəlkə də hamımız olmuşuq. Bu səhvi düzəltmək də hamımızın işidir”.
 
R.Mahmudov qeyd edib ki, doğru tibbi taktika qumaqla, ən azından insanlara belə vəziyyətlərdə nə etməmələri mövzusunda izah verməklə tərəddüd və qorxuları azalda bilərik:

"Nəticədə dövlətimizin COVİD-19 mübarizəsində ortaya qoyduğu səylərə və əməyə həm də əməldə dəstək olmuş olarıq. Əlbəttə, bu dalğa da digərləri kimi 2-3 həftəyə sönməyə başlayacaq və sönəcək. Amma ən çətin günlərdə bir səhiyyəçi olaraq bütün çətinliklərə baxmayaraq , hadisəyə münasibətimiz hər zaman xatırlanacaq”.

Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...