Cəmİyyət

Adil Əliyev təşəkkür etdi

Adil Əliyev təşəkkür etdi
 Adil Əliyev Milli Məclisin vitse-spikeri seçilməyi münasibətilə onu təbrik edən seçicilərinə Facebook hesabı vasitəsilə etdiyi paylaşımda təşəkkür və minnətdarlığını bildirib. 
 
Sfera.az xəbər verir ki, seçicilərinin ona göstərdikləri etimadı doğrultmağa çalışacağını bildirən Əliyev onların maraqlarının qorunması istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
 
Sözügedən paylaşımı diqqətinizə çatdırırıq:
 
Əziz dostlar, hörmətli qardaş və bacılarım!
Milli Məclisin sədr müavini seçilməyimlə əlaqədar göstərdiyiniz diqqət üçün öz dərin təşəkkürümü bildirirəm. Üzrlü hesab edin ki, hər birinizə ayrı-ayrılıqda cavab yaza bilmirəm. Çünki dünəndən bu günə qədər, minlərlə təbrik mesajı almışam. Təbriklər hələ də davam edir. Dəstəyiniz və diqqətiniz məni daha da ruhlandırır. Çalışacam ki, məni göstərdiyiniz etimadı doğruldum.
Vətənimizin güclənməsi və milli maraqlarımızın qorunması istiqamətində fəaliyyətim davam edəcək.
Nə yaxşı ki,varsınız. Var olun!

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930