No Image
No Image

Açıq havada maska taxmaq məcburiyyəti nə vaxt götürüləcək? – Adil Qeybulladan açıqlama

Açıq havada maska taxmaq məcburiyyəti nə vaxt götürüləcək? – Adil Qeybulladan açıqlama
Son zamanlar belə fikirlər səslənir ki, açıq havada maska taxmağa lüzum yoxdur.  Onların fikrincə, bununla bağlı maska taxmaq məcburiyyəti sadəcə cərimə yığmağa və həmin qoruyucu vasitəni satmağa hesablanmış addımdır. 
 
Məsələyə aydınlıq gətirmək üçün Sfera.az-a danışan tibb elmləri doktoru Adil Qeybullanın fikrincə, hazırda ikinci dalğanın pik dövrünündə olduğumuzdan açıq havada da maska taxılmalıdır: 
 
"Şübhəsiz, sağlam insanla yanaşı, virus daşıyıcısı olan xəstələr də küçələrdə gəzir.  Belə bir vəziyyətdə açıq havada olsaq da maska taxmaq zəruridir. Qeyd edim ki, ikinci dalğanın təhlükəsi nəzərə alınaraq bu qərar verilib”.

A. Qeybulla deyib ki, insanların qaydalara əməl etməməsi sözügedən addımın atılmasını məcbur edib:

"Yaxından bir xəstənin keçməsi kifayətdir ki, yoluxma baş versin. Səmimi deyirəm, bu günün özündə açıq havada belə maska taxılmasına ciddi ehtiyac var.  Bu da ondan irəli gəlir ki, insanlar qaydalara əməl etmirlər”.

Mövcud dalğa zəiflədiyi təqdirdə isə açıq havada maskadan istifadə etməyə lüzum olmayacaq: "Karantin qaydaları yumşaldılsa, yəqin ki, sözügedən məcburi faktor da aradan qaldırılacaq”.
 
Elçin
 

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Açıq havada maska taxmaq məcburiyyəti nə vaxt götürüləcək? – Adil Qeybulladan açıqlama

Son zamanlar belə fikirlər səslənir ki, açıq havada maska taxmağa lüzum yoxdur.  Onların fikrincə, bununla bağlı maska taxmaq məcburiyyəti sadəcə cərimə ...

Peyvənd olunmayanlar buna görə peşman olacaq - Sərt karantin tətbiq olunacaqsa...

Yoluxma sayının kəskin artması karantin qaydalarının sərtləşdirilməsi məsələsini aktual edir. Sərt karantin müddətində isə vaksin olunmuş şəxslərə güzəştlərin...

“Ola bilsin, lazımı qədər peyvənd yoxdur...” – Vaksinasiya prosesi niyə ləng gedir?

Operativ Qərargahın son məlumatına görə Azərbaycanda koronavirus infeksiyasına qarşı 547 541 nəfər peyvəndləmə prosesində iştirak edib. Bu isə çox cüzi rəqəmd...

Azərbaycanda peyvəndlərlə bağlı daha bir spekulyativ məlumat yayıldı – Bir vaksin bir neçə nəfərə vurulur?

Son zamanlar sosial şəbəkələrdə koronavirusa qarşı istifadə olunan "Sinovac" vaksininin tək qablaşdırılmasının iki nəfər üçün tətbiq edildiyi ilə bağlı məlumatl...

Azərbaycanda koronavirusa yoluxanlar arasında ölüm niyə çoxalıb? – “İndi tamam fərqli mənzərə ilə qarşı-qarşıyayıq”

Son günlər koronavirusa yoluxma statistikasında xəstəliyə yoluxanlarla bərabər, bu səbəbdən ölənlərin də sayının artdığını görürük. Belə ki, təkcə ötən gün CO...

Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayı KƏSKİN ARTDI

Azərbaycanda bu gün koronavirus infeksiyasına  1333 yeni yoluxma faktı qeydə alınıb, 269 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.   Sfera....