AccessBank tələbələrarası müsabiqənin qaliblərini mükafatlandırıb

AccessBank tələbələrarası müsabiqənin qaliblərini mükafatlandırıb

AccessBank-ın keçirdiyi tələbərarası müsabiqəsinin qalibləri müəyyənləşib.


Qeyd edək ki, müsabiqəyə müxtəlif ali təhsil müəssisələrinin 500-dən çox tələbəsi 130-a yaxın komanda şəklində onlayn formada qoşulub. Müraciətlər qiymətləndirildikdən sonra 12 komanda növbəti mərhələyə keçid alıb.


Həmin komandaların üzvləri AccessBank-ın baş ofisində marketinq və mobil bankçılıq mövzularında keçirilən təlimlərdə iştirak ediblər. Final günü isə komandaların hazırladığı yekun təqdimatlar qiymətləndirilib. Bankın əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən aparılan qiymətləndirmə nəticəsində Lomonosov adına Moskva Dövlət Universitetinin Baki filialının "2Cool4" komandası birinci yeri tutub. İkinci və üçüncü yerlərə isə UNEC-in "ParadISE" və "Accessories" komandaları layiq görülüb. Müsabiqənin şərtlərinə əsasən, "2Cool4" komandasına 1000 AZN, "ParadISE" və "Accessories" komandalarına isə müvafiq olaraq 600 və 400 AZN məbləğində pul mükafatları verilib.


Bununla yanaşı, ilk üç yeri tutan komandaların üzvləri bankda təcrübə keçmək imkanı qazanıb.


OXŞAR XƏBƏRLƏR

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...