Abşeronda it döyüşləri təşkil edənlər saxlanıldı

Abşeronda it döyüşləri təşkil edənlər saxlanıldı
 

"Bir neçə gün əvvəl sosial şəbəkələrdə naməlum şəxslər tərəfindən təşkil edilən it döyüşlərini əks etdirən videogörüntülər paylaşılıb. Məsələ dərhal nazirlik tərəfindən nəzarətə götürülüb və araşdırılması üçün göstəriş verilib".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov "Report"a bildirib ki, polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində həmin videogörüntülərdə əks olunan 6 nəfərin hər birinin şəxsiyyəti müəyyən edilib. 

"Onlardan 4-ü – Bakı şəhər sakinləri Rüfət Bədəlov, Hüseyn Əliyev, Murad Ştayev və Qubadlı rayon sakini, hazırda Sumqayıt şəhərində yaşayan Mətləb Əliyev saxlanılıb. Onların törətdikləri əmələ uyğun məsuliyyətin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək. Digər 2 nəfərin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İlkin araşdırmalarla o da müəyyən edilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülər 2019-cu ilin sentyabr ayında Abşeron rayonu ərazisində çəkilib”, DİN rəsmisi bildirib. 


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...