Abşeronda evdən 53 500 manatlıq oğurluq edildi

Abşeronda evdən 53 500 manatlıq oğurluq edildi
 

Abşeronda evdən 53 500 manatlıq oğurluq edilib.

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 11-də rayon ərazisindəki evlərin birindən 53 500 manat dəyərində geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar – B.Aslanov və Q.Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR