ABŞ sanksiyaların ikinci dalğasını anons etdi – Kremldən həyəcanlı REAKSİYA

ABŞ sanksiyaların ikinci dalğasını anons etdi – Kremldən həyəcanlı REAKSİYA
"Moskvanın kimyəvi silaha sahibliyi ilə əlaqədar ittiham olunması əsassızdır və heç bir fakta söykənmir”.
 
Sfera.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
 
Daha əvvəl "Bloomberg” özəl mənbələrinə istinadla xəbər vermişdi ki, ABŞ və Böyük Britaniya Rusiyanın suveren borclarına və bəzi iş adamlarına qarşı daha çox sanksiya tətbiq edə bilərlər. Mənbələrin məlumatına görə, London Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının "Rusiyaya təzyiq göstərməyə davam etməsini" israr etməyə niyyətlidir. Məqalədə həmçinin Fransa və Almaniyanın da müzakirəyə qoşulmasının vacibliyi vurğulanırdı. 
 
Peskov jurnalistlərə bildirib ki, Kreml bu cür xəbərləri diqqətində saxlayır. Kremlin sözçüsü onu da qeyd edib ki, bu kimi xəbərlər hələlik yalnız mediada yer alır. "Bununla yanaşı, əlbəttə anlayırıq ki, Vaşinqtonda sanksiyaların ikinci hissəsinin anonsu verilir. Bu arada, Vaşinqtonun Rusiyanı kimyəvi silaha sahib olmaqda ittiham etməsi tamamilə əsassızdır və heç bir fakta söykənmir”,- deyə o vurğulayıb.
 
Mətbuat katibi bir daha xatırladıb ki, Rusiya çoxdan bütün kimyəvi silah ehtiyatlarını məhv edib və sözügedən silahla bağlı bütün proqramlara son qoyub.
 
Kreml Rusiya ərazisində qadağan olunmuş zəhərli maddələrin olması ilə bağlı ittihamları dəfələrlə rədd edib. Peskovun sözlərinə görə, Moskva Moskva Kimyəvi Silahların Qadağan Edilməsi haqqında Konvensiyanın bütün öhdəliklərinə əməl edir.
 
Tərcümə: Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini TƏMİN ETMƏDİ

Bakı Apellyasiya Məhkəməsi Əvəz Zeynallının şikayətini təmin etməyib.   Sfera.az xəbər verir ki, bu barədə “Report”a onun həyat yold...

Ziya Hacılıya yeni VƏZİFƏ VERİLDİ - FOTO

Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri vəzifəsinə yeni təyinat olub.   Sfera.az xəbər verir ki...

“Azərbaycan qalib, Fransa isə Ermənistanla birlikdə məğlub statusundadır” - Cavanşir Feyziyev

“Məncə, danışıqlar əsasən ikitərəfli formatda Azərbaycanla Ermənistan arasında birbaşa dialoq əsasında aparılacaq”   Sfera.az xəbər verir...

Bu ölkədə ilk dəfə evtanaziya təcrübəsi HƏYATA KEÇİRİLDİ

Peruda ölkə tarixində ilk dəfə degenerativ xəstəliyi olan şəxs evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə təcrübəs...

Milli Məclisin iclası başlayıb - GÜNDƏLİK

Milli Məclisin iclası başlayıb. Sfera.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 18 məsələ daxil edilib. ...

Azərbaycanda AĞIR QƏZA - Ölənlər var + FOTO

Naxçıvanın Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə ...