ABŞ qərarını verdi – Strateji neft ehtiyatlarından istifadə olunacaq

ABŞ qərarını verdi – Strateji neft ehtiyatlarından istifadə olunacaq
ABŞ hökumətinin qərarı ilə strateji məqsədlər üçün toplanan neft ehtiyatlarının 50 milyon bareli satışa çıxarılacaq.
 
Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, ABŞ-ın strateji neft ehtiyatlarından istifadə ilə bağlı qərarı gözlənilən idi. Çünki rəsmi Vaşinqton dünyada yüksək inflyasiyanın baş verməsinin əsas səbəblərindən biri kimi yüksək neft qiymətlərini görür və buna görə də neftin ucuzlaşmasına çalışır.
 
ABŞ neft qiymətlərinin aşağı salınması üçün "OPEC+” ölkələrinə müraciət edərək gündəlik hasilatın daha çox artırılmasını istədi. Çağırışlara baxmayaraq "OPEC+” ölkələri hasilatı daha çox artırmaq fikri ilə razılaşmadılar.
 
Belə bir vəziyyətdə ABŞ idxalçı ölkələri strateji neft ehtiyatlarından istifadəyə çağırdı. İlkin məlumatlara görə Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, İngiltərə bu çağırışları müsbət qarşılayıb və böyük ehtimalla ABŞ-ın ardınca onlar da ehtiyat üçün toplanan neftdən istifadə haqqında qarar qəbul edəcəklər.
 
ABŞ-ın ardından böyük həcmdə neft idxal edən digər ölkələr də eyni addımı atarsa neft qiymətləri bir qədər enəcək. Hazırda "Brent” neftinin qiyməti 79 dollardır. Rəsmi Vaşinqton qiymətlərin 65-70 dollar səviyyəsinə qədər endirilməsini istəyir.
 
ABŞ inflyasiya ilə mübarizə məqsədilə dolları da bahalaşdırır. Artıq bir dollar 1,12 avro səviyyəsinə çatıb. Dolların bahalaşması da neft qiymətlərinə azaldıcı təsir edir.
 
Ümumi proseslər onu göstərir ki, yaxın aylarda dolların bahalaşmasının, neftin isə ucuzlaşmasının şahidi olacağıq.
 
Vasif
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

ABŞ inflyasiyanı zəiflətmək üçün dolları bahalaşdıracaq

ABŞ mərkəzi bankının (FED) rəhbəri Cerom Pauel dünyada yüksək inflyasiyanın qalıcı olacağına dair xəbərdarlıq edib. Pauel bu səbəbdən FED-in qiymətli kağız alış...

Daha 31 dövlət əmlakı hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dekabrın 21-də və 28-də özəlləşdirmə hərracları təşkil edəcək. Sfera.az bu barədə nazirliyə...

Mikayıl Cabbarov: "Ağdam Sənaye Parkı ilə bağlı 5 layihəyə baxılır"

"Ağdam Sənaye Parkında müxtəlif çeşidli sintetik xalça, xüsusi və fərdi geyimlər, polimer məhsulları, günəşenerjisi ilə qidalanan işıq dirəkləri və xüsusi dam ö...

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 3,86 ABŞ dolları, yaxud 5,1 % azalıb. Sfera.az xəbər verir ki, "Az...

Brent ucuzlaşdı

Brent markalı neftin qiyməti ucuzlaşıb. Sfera.az xəbər verir ki, "qara qızıl”ın bir bareli 5,46% ucuzlaşma ilə 69,23 dollara düşüb. Sonuncu dəfə Brent avq...

Mikayıl Cabbarov pakistanlı nazirlə görüşdü

İqtisadiyyat Naziri Mikayıl Cabbarov Pakistanın müdafiə istehsalatı naziri xanım Zobaida Cəlalla görüşüb. Sfera.az xəbər verir ki, bu barədə nazir özü məl...