ABŞ fondunun Azərbaycan təmsilçisi Göyçaydan namizəd olacaq

ABŞ fondunun Azərbaycan təmsilçisi Göyçaydan namizəd olacaq
 

Ölkəmizdə fəaliyyət göstərən ABŞ-ın "German Marşall” Fondunun məsləhətçisi Mehriban Rəhimli fevralın 9-na təyin olunmuş növbədənkənar parlament seçkilərinə qatılır.


Sfera.az-ın məlumatına görə bu haqda o özünün facebook hesabı üzərindən məlumat verib.


"Sən demə göz qoyduğum 89 saylı Göyçay-Ağdaş Seçki dairəsindən ötən çağırış millət vəkili Elman Nəsirov olub. Adamın lap həvəsi artır, iştirak etməyə, udmağa”.


Mehriban Rəhimli daha sonra seçki saxtakarlıqlarına qarşı sərt mübarizənin vacibliyini önə çəkib: "İlk dəfədir, seçkilərdə seçki hüququnun pozulmasında aktiv iştirak edən qadın və kişilərin şəkilləri paylaşılaraq, onların kütləvi halda ağır ifadələrlə aşağılanmalarını görürəm. Əslində siyasətdə söyüş və təhqiri həmişə qınasam da, ümumiyyətlə nadir hallarda söyüş eşitdiyim yerdə özümü çox narahat hiss edən biri olsam da, bu aşağılamalara haqq qazandırıram. İçtimai qınaq nə qədər güclü olsa bu pozuntuların sayı nisbətən azalar. Sadəcə bu qınaq yalnız söyüşlə kifayətlənməməli, hüquq müstəvisinə daşınıb kütləvi örnək məhkəmələri və digər fəaliyyətlərlə genişlənməlidir”.


OXŞAR XƏBƏRLƏR