Cəmİyyət

ABŞ-dan dollar xəbərdarlığı: "İlin sonunadək...”

ABŞ-dan dollar xəbərdarlığı:

"Uçot dərəcəsinin ilin sonunadək artırılması gözlənilir”.

Bunu ABŞ-ın Federal Ehtiyatlar sisteminin direktoru Canet Yellen mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, uçot dərəcəsinin artırılmasına əsaslar güclənsə də, FED iqtisadiyyatın, o cümlədən əmək bazarının möhkəmlənməsinə dair məlumatları gözləməyə üstünlük verir.

"Hesab edirəm ki, uçot dərəcəsinin artırılmasına arqumentlər mövcuddur, lakin hələ ki gözləməyə qərar verdik”, – deyə, C.Yellen bildirib.

FED-in Açıq Bazar üzrə Federal Komitəsinin əksəriyyətinin üzvləri də uçot dərəcəsinin ilin sonunadək bir dəfə artırılmasını gözləyirlər. 

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930