No Image

646 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

646 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
 

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 3 avqust 2020-ci il saat 00:00-dan 4 avqust 2020-ci il saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 555 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 91 nəfər olmaqla, ümumilikdə 646 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

 

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 40-ı rayon, 60-ı paytaxt istiqamətinə olmaqla 100, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 30-u rayon, 40-ı paytaxt istiqamətinə olmaqla 70, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 100-ü rayon, 60-ı paytaxt istiqamətinə olmaqla 160 avtomobil geri qaytarılıb. Ümumilikdə 330 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

OXŞAR XƏBƏRLƏR

Biləsuvarda yol qəzası olub, ölən və yaralananlar var - FOTO

 Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə Biləsuvar şəhəri M.İbrahimov küçəsində qeydə alınıb. ...

Cəlilabadda yanğın olub

 Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.  Sfera.az xəbər verir ki,  hadisə rayonun Abdullu kənd sakini Ağaşükür Haqverdiyevə məxsus ...

Azərbaycanda vəzifəli şəxs həbs edildi

 Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlara kölgə salan bəzi sahibkarlıq subyektləri tərəfindən öz vəzifələrinin icrası zamanı yol verilən qanu...

AMEA-nın saytının baş redaktoru işdən çıxdı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun...

Bakıda metronun qarşısında dəhşətli hadisə - Gənc oğlan öldü

  Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Sfera.az xəbər verir ki, dünən saat 20:00 radələrində Sabunçu rayonu Heydər Əliyev pr...

Qəzaya uğrayan avtomobilin sürücüsü zərbədən yol kənarına düşərək ölüb - FOTO

Bakının Sabunçu rayonu ərazisində şəhər istiqamətində hərəkətdə olan "Mercedes” markalı avtomobil digər minik maşınına dəydikdən sonra hərəkətdə olan "KamAZ” ma...