54 yaşlı məşhur aktrisa: Qəti şəkildə öpüşməyəcəyimi və soyunmayacağımı deyə bilmərəm - MÜSAHİBƏ

54 yaşlı məşhur aktrisa: Qəti şəkildə öpüşməyəcəyimi və soyunmayacağımı deyə bilmərəm - MÜSAHİBƏ

Sfera.az xəbər verir ki, "Möhtəşəm yüz il”, "Aşk Yenidən” və "Yeni Gəlin” seriallarındakı rolları ilə tanınan türkiyəli aktrisa Sema Keçik oxu.az-a müsahibə verib:

- İlk dəfədir Bakıya gəlirsiniz. Paytaxtımızı bəyəndinizmi?

- Bakını çox bəyəndim. Heç vaxt Bakının necə bir şəhər olduğunu xəyal etməmişdim. Vaxtım olduqca ölkələri gəzməyi sevirəm. Bakıya da gəlməmişdən öncə internətdə ölkənizlə bağlı araşdırma apardım.

 

- Son illər yalnız komediya seriallarında çəkilirsiniz. Niyə dram janrı deyil, komediya?

- İlk dəfə olaraq "Bir bulut olsam” və "Möhtəşəm yüz il” seriallarında dramatik rollarda çəkildim. Amma sonradan komediya layihələrində yer almaq istədim. Bu səbəbdən "Aşk Yenidən” və "Yeni Gəlin” seriallarına razılıq verdim.

- Yeni təkliflər var?

- Yenidən dramatik yönlü layihələrdə olmaq istəyirəm. Hazırda təkliflər çoxdur. "Yeni Gəlin” serialındakı rolumdan sonra təkliflərin sayı xeyli artdı. Amma uzun illər fasiləsiz çalışdığım üçün bir az ara vermək fikrim var. Çünki dayanmadan işləmək insan beynini yorur.

Əsasən, İstanbuldan kənar yerlərdə çəkilən seriallarda oynamaq heç də asan deyil. Ailəni, sevdiklərini və dostlarını atıb gedirsən. Ona görə də təkliflərin hamısından imtina etdim. Amma Yeni ildən sonra təklifləri dəyərləndirəcəm.

- Türkiyə serial sektoruna görə ABŞ-dan sonra ikinci yerdədir. Müğənni və aktrisa Hülya Avşar indiki türk aktyorlarının daha çox yaraşıqlı və gözəl olduqları üçün sevildiklərini, amma əsl sənətçi olmadıqlarını açıqlayıb. Razısınız?

- Televiziya məşhurluq gətirir. Ekrana çıxan yaraşıqlı gənclər tez bir zamanda gənc qızlar tərəfindən sevilir. Bu səbəbdən də məşhurluq xəstələyinə tutulanlar əsl aktyorluğu unudur. Amma gənclərdən həm yaraşıqlı, həm istedadlı, həm də özlərini sonradan inkişaf etdirənlər çoxdur. Öyrənməyə çalışanlar da az deyil.

- Sevmədiyiniz və televiziyada gördüyünüz zaman kanalı dəyişdiyiniz seriallar var?

- Adlarını açıqlaya bilmərəm. Ancaq sayları çoxdur. Hətta o serialların niyə çəkdiklərini belə anlaya bilmirəm.  

- "Yeni Gəlin” serialında dostluqlar necə idi? Problemlər yaşayırdınız?

- Hər hansı problem yaşamamışıq. Bir-birimizlə yola gedirdik. Ümumiyyətlə, çəkilişlər zamanı çox əylənirdik. Məhz bu əyləncəli anlar serialın sevilməsinə səbəb oldu. 

- "Aşk Yenidən” və "Yeni Gəlin” seriallarında həm rol, həm də xarici görünüş baxımından tamamilə fərqli obrazda idiniz. Bu, nə ilə bağlı idi?

- Heç bir şey birdən-birə olmur. Rola görə dəyişmək lazımdır. Hesab edirəm ki, aktyor hər layihəyə uyğun olaraq yenilik etməlidir. Aktyorluğun ən gözəl tərəfi də budur. Məsələn, mən ömrümüm sonuna kimi Dayə Hatun rolunda oynaya bilmərəm. Arada komediya filmlərində də oynamaq lazımdır.

- Oynamaq istədiyiniz hansısa obraz var?

- Mən şanslı biriyəm. İstəyib, amma oynaya bilmədiyim obrazlar qalmayıb. Məhz layihələri də ona görə dəyərləndirirəm. Hər zaman dəyişik rolları seçirəm.

- Öpüşmə və ya açıq-saçıq səhnələri olan rol təklif olunsa, qəbul edərsiniz?

- Bu mövzuda qadın aktyorların müxtəlif şərtləri olur. Fikrimcə, ssenariyə rəng qatmaq üçün açıq-saçıq səhnələrin tamaşaçılara estetik cəhətdən düzgün təqdim olunması önəmlidir. O cür səhnələri ancaq bir filmdə həyata keçirə bilərəm.

Serialda isə o cür səhnələrə görə sərhəd olmalıdır. Amma öpüşmə tamam fərqli şəkildə ola bilər. Çünki öpüşmə rejissorun gözü ilə tamaşaçılara hansı şəkildə təqdim olunmasından asılıdır. Qəti şəkildə öpüşməyəcəyimi və soyunmayacağımı deyə bilmərəm. Məni o səhnələrə inandıran rejissor olmalıdır.

- Gənc aktyorlardan kimləri ilk üçlüyə daxil edərdiniz?

-  Ad çəkə bilmərəm. Kiminsə adını unuda bilərəm. Bəyəndiyim və sevdiyim dostlarıma haqsızlıq olar.

- Sizin haqqınızda araşdırma apardığım zaman istədiyim kimi məlumatlar əldə edə bilmədim. Niyə mətbuatdan uzaqsınız?

- Hazırda Türkiyədə məşhur olan şou xarakterli hər şeydən uzaq gəzirəm. Reytinq uğruna çəkilən proqramlar mənə görə deyil. Şəxsi həyatım kimisə maraqlandırmamalıdır. Sadəcə, gördüyüm işlərin işıqlandırılmasını istəyirəm. 

- Bu yaxınlarda Türkiyə mətbuatında "Yeni Gəlin” serialındakı həmkarınız, özünüzdən 25 yaş kiçik Halil İbrahim Kurum ilə sevgili olduğunuz yazıldı. Amma nə siz, nə də qarşı tərəf bu barədə açıqlama vermədi. Deyilənlər doğru idi?

- Yazılanlara şəxsən özüm reaksiya vermədim. Sadəcə, ikimizin şəklini birləşdirib yaydılar. Bax, bu, şoudur. Deyilənlərin doğru olub-olmamasını deyə bilmərəm. Sadəcə, iki başqa şəkli montaj edib məlumatlar yazıldı. Mən bunun nəyinə reaksiya verib açıqlama verməliyəm? Niyə sənə də "hə” və ya "yox” cavabını verim?

- Azərbaycandan iş təklifi gəlsə, qəbul edərsiniz?

- Əlbəttə, gözəl təklifi böyük məmnuniyyətlə qəbul edərəm. Çünki bir müddət Vyanada yaşadım. Ona görə də başqa ölkəyə gedib, orada işləmək mənim üçün çətin deyil.

- Son zamanlar estetik əməliyyatlar dəb olub. Siz də əməliyyat etdirməyi düşünürsünüz?

- Gələcəkdə ehtiyac olduğu zaman fikirləşə bilərəm. Amma üz ifadəmin dəyişməməsi mənim üçün çox önəmlidir. Parlaq, bərbad dartılmış üz istəmirəm.

OXŞAR XƏBƏRLƏR

"Gördükləriniz anlayacağınız qədərdir" — Kənan

Xəbər verdiyimiz kimi, bu gün mətbuatda əməkdar artist Aybəniz Haşımovanın blogger qızı Aynişanın həyat yoldaşından ayrılma xəbəri yayılıb.   Sfera.az xə...

“Ciddi və haqsız bir ittihamdır” – Afaq Brilliantla yaşadığı qalmaqaldan danışdı

 "Ciddi və haqsız bir ittihamdır. Heç kimə sosial şəbəkədə cavab verən deyiləm. Mənim mənliyim, cəsarətim, şəxsiyyətim var. Brilliant Dadaşovaya qarşı heç ...

“Mən “hə!” dedim” – Sevdanın nikahından - FOTOLAR

Özünəməxsus tərzi ilə sevilən ifaçı Sevda Yahyayevadan yeni xəbər var. Hokm.az xəbər verir ki, tanınmış müğənni öz "İnstagram” səhifəsində nikahından foto...

Dubayda yaşayan azərbaycanlı model izləyicilərini heyran qoydu - VİDEO

 "Best fashion model 2017” və "Miss Europe 2018” gözəllik yarışlarının qalibi, gözəlliyi və cazibədarlığı ilə əks cinsin nümayəndələrini valeh edən Samirə ...

Aygün Kazımovanın qızı çimərlikdən foto paylaşdı

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə çimərlikdən foto paylaşıb.   Sfera.az "Ölkə.Az"-a istinadla xəbər verir ki, İlqarə Kazımova İnstaqramda hek...

Oqtay Kaynarcanın özündən 30 yaş kiçik sevgilisi — FOTO

"Eşkiya dünyaya hükümdar olmaz” serialda baş rolu canlandıran aktyor Oktay Kaynarca 25 yaşlı model-aktrisa sevgilisi Gizem Acar ilə paparatsilərin hədəfinə tuş ...