53 yaşlı kişi başından güllələnərək öldürülübmüş

53 yaşlı kişi başından güllələnərək öldürülübmüş
Kürdəmir rayon prokurorluğu ötən gün baş vermiş qətllə bağlı məlumat yayıb. 

Sfera.az xəbər verir ki, iyulun 30-u saat 15 radələrində Kürdəmir rayon, Dayıkazımlı kənd sakini 1968-ci il təvəllüdlü Bəhmən Hümbətovun odlu silahdan açılan atəşlə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1987-ci il təvəllüdlü Vurğun Mehtiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəhmən Hümbətovun baş nahiyəsinə odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 
Vurğun Mehtiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ata Abdullayevin məhkəməsinin vaxtı MƏLUM OLDU

Hədə qorxu ilə tələb etməkdə təqsirləndirilərək həbs edilən bloger Ata Abdullayevin cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub. Sfera.az xəbər verir ki,...

Azərbaycanda sabiq vəzifəli şəxsə elektron qolbaq taxıldı

Daşkəsən Rayon İcra Hakimiyyəti (RİH) başçısının Zağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Hətəm Əzizovun cinayət işi üzrə məhkəmə...

Gəlinin atası qızıllara görə bəyin ailəsini güllələdi - "Dedim ki, qızımda qalsın..."

Türkiyədə gəlinin atası ailələr arasında zinət əşyaları üstündə düşən mübahisə zəminində kürəkənini, qudalarını və bəyin bacısını silahla vuraraq yaralayıb....

Arvadını öldürmək istəyən şəxsə hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində Gədəbəy rayonunda arvadını öldürməyə cəhddə təqsirləndirilən Rasim Məsimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. ...

Salyanda oğurluq edən şəxs saxlanıldı

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-ax...

Bakıda mənzildən kişi meyiti tapıldı

Bakıda 75 yaşlı kişi evində ölü tapılıb. Sfera.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı...