5 nəfərin ölümünə səbəb olan sürücünün qardaşı danışdı

5 nəfərin ölümünə səbəb olan sürücünün qardaşı danışdı
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsində ağır-yol nəqliyyat hadisəsi baş verib. Bakı şəhər sakini Mahmud Əzizov idarə etdiyi "Mercedes” markalı yük avtomobili ilə  paytaxt sakini Tahir Abdullayevin idarə etdiyi "Daewoo” markalı sərnişin avtobusunu vurub. Qəza nəticəsində 5 nəfər ölüb, 25 nəfər yaralanıb.

Sfera.az xəbər verir ki, Mahmud Əzizovun qardaşı Rəhim Əzizli hadisə ilə bağlı "Qafqazinfo”ya danışıb.

R.Əzizli bildirib ki, qardaşı ikinci kurs tələbəsidir və bütün sənədləri qaydasında olub:

"Qardaşımın sənədləri qaydasında idi. BC kateqoriyası üzrə sürücülük vəsiqəsi var. Qardaşım 2-ci kurs tələbəsidir. Evdə olan günlər işləyirdi, yol xərcliyini çıxarırdı. Qardaşım elə dərsə tələsirdi ki, gəlib çatsın. Avtobus da çıxıb qarşısına. Yük maşınını evə qoyub günorta dərsə gedəcəkdi”.

Qardaşı iddia edir ki, 19 yaşlı Mahmud yolda sürət həddini aşmayıb və avtobus onun qarşısına çıxıb:

"Qardaşım yuxulu olmayıb. Avtobus 120 km/saatlıq sol zolaqdan qəfildən qardaşımın yoluna çıxıb. Qardaşım orta zolaqla hərəkətdə olub. O da sola çəkmək istəyəndə avtobusu arxadan vurub. Bununla bağlı video-sübutlarımız yoxdur. Mən avtobus sürücüsünü birbaşa günahlandırmıram. Ancaq hadisə belə olub. Avtobus sürücüsü sol zolaqdan bunun qarşısına keçib. Günahın 70-80%-i ondadır. Qardaşım yolda normal sürətdə gedib”.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə,  hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb. Hadisənin necə baş verməsi ilə bağlı hələ ki heç bir görüntü yayılmayıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən isə bildirilib ki, yük avtomobilinin sürücüsü heç bir qanuni əsas olmadan fəaliyyət göstərib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən yük avtomobilinin sürücüsü M.Əzizov həbs edilib. 
 

OXŞAR XƏBƏRLƏR

Daha bir ölkədə güclü zəlzələ oldu

Kaliforniya körfəzində, Meksika sahilləri yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Zə...

Aİ Rusiyanın aktivlərindən 3 milyard gəliri Kiyevə köçürmək niyyətindədir

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib ki, bütün Aİ ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya köçürülməsi ...

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq?

İspaniyanın “Real Madrid” klubunun türkiyəli futbolçusu Arda Güler ​​üçün rəsmi transfer təklifi gəlib.   “Real Madrid”in &ld...

Qüds toz dumanına büründü - FOTO

Qüdsdə və ətraf ərazilərdə qum fırtınası meydana gəlib.   Sfera.az xəbər verir ki, qum fırtınası sosial həyata mənfi təsir edib.   Hə...

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək.   Sfera.az-ın məlumatına görə, bunu açıqlamasınd...

Dünya bazarında neft nə üçün ucuzlaşır?

Dünyanın ən böyük neft idxalçısı olan Çinin iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənlik, eləcə də ABŞ-də ilkin faiz dərəcələrinin gözləniləndən yüksək səviyyədə da...