30 məktəbə yeni direktor təyin edildi

30 məktəbə yeni direktor təyin edildi
Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin birinci mərhələsi başa çatıb.

Təhsil Nazirliyindən Sfera.az-a verilən məlumata görə, müsahibələrin ilkin mərhələsində imtahan nəticəsi 36 baldan çox olan 132 namizəd iştirak edib.
 
Müsahibə mərhələsində 30 namizəd uğur qazanıb və onlarla adaptasiya proqramı həyata keçirilib.

Adaptasiya proqramı çərçivəsində "Məktəb idarəçiliyinin ümumi əsasları”, "Təhsilin keyfiyyətinin artırılması və məktəb direktorlarının rolu”, "Strateji və operativ planlaşdırma”, "Məktəbdə öyrədici mühitin yaradılması”, "Məktəbdaxili monitorinq sistemi”, "Şagird nailiyyətlərinin qiymətləndirilməsi”, "Məktəbdə maliyyə məsələləri, əməkhaqqı və tarifikasiya cədvəllərinin hazırlanması” və s. mövzularda təlimlər keçirilib. Proqram başa çatdıqdan sonra həmin şəxslərlə əmək münasibətləri rəsmiləşdirilib və direktor vəzifəsinə işə qəbul olunublar.

Qeyd edək ki, tezliklə direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin ikinci mərhələsi həyata keçiriləcək. İkinci mərhələyə imtahan nəticəsi 36 baldan daha çox olan namizədlər dəvət olunacaq
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Məktəblər koronavirus səbəbindən bağlanacaq? - VİDEO

Yeni tədris ili başlayandan indiyədək ölkədəki 4500 məktəbdən 9-u koronovirusa yoluxma hallarına görə bağlanıb, 340 sinif distant təhsilə keçib. Bu da ümumi gös...

Bu məktəb də distant təhsilə keçdi

Bakıda 322 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək. Sfera.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İd...

Rezidenturaya boş qalan yerlərə qəbulun nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələrini elan edib. DİM-dən Sfera.az-a verilən məlu...

“Uşaqların nitqində problem yaranacaq” – Psixoloq distant təhsilin zərərlərindən danışdı

"Uşaqlar arasında koronavirusdan ölüm halının qeydə alınması məktəblilərdə ölüm qorxusu yaradacaq”.   Bunu Sfera.az-a açıqlamasında "Dərya” Tədris...

Təhsil Nazirliyi noyabrın 1-dən məktəblərin bağlanacağı iddialarına CAVAB VERDİ

Təhsil Nazirliyi noyabrın 1-dən ölkədə fəaliyyət göstərən təhsil müəssisələrində dərslərin dayandırılması ilə bağlı yayılan iddialara münasibət bildirib.  ...

Məktəblər yenidən bağlanır? - RƏSMİ CAVAB

Təhsil Nazirliyi koronavirusa yoluxma hallarının artmasına görə məktəblərin bağlanacağı və tədrisin distant formada davam etdiriləcəyi barədə məlumatlara aydınl...